137
da saxlanılan “Dojun üzüyü” adlı tabloda tax-
tın pillələrinə döşənmiş bir Uşak xalçası görü-
nür (şəkil 67). Belə çıxır ki, 1550-ci illərdə Uşak
xalçalarının bir çox mükəmməl nümunələri ol-
muşdur. XVI əsrin sonlarında bu çeşiddən olan
xalçalar o dərəcədə məşhurlaşmışdı ki, ingilis
zadəganları, Montaqular da bunlardan sifariş
vermişdilər. Bu çeşiddən olan xalçalar necə və
nə vaxt ərsəyə gəlmişdir? Bu suala cavab vermək
üçün avropalı rəssamların əsərlərində yeni
təsvirlər tapmaq mümkün deyil. Bu qaynaq son
70 il ərzində tamam tükənmişdir. Türk xalçaçılı-
ğının bu nadir incisinin tarixinə aid suallara yal-
nız "Türk İslam Muzeyi"nin anbarlarındakı xal-
ça və fraqmentləri tədqiq etməklə cavab tapmaq
olar. Bunların ilk dövrdə ərsəyə gəlməsində İran
xalçalarının təsiri altında olduqlarını yuxarıdakı
bölümlərdə qeyd etmişdik. Amma bu sahə son-
radan hansı istiqamətdə inkişaf etmişdir? Doğ-
rudanmı əzəli nümunələrində də İrandan əxz
edilmiş medalyon elementi vacib amil sayılmış-
dır? Yəni ortada tam ölçülü mərkəzi medalyon,
künclərdə isə həmin fiqurun dörddəbirindən
ibarət künc medalyonları olmuşdurmu? Kuh-
nel, Milandakı Poldi Pezzoli muzeyindəki 9
xalçanı XV əsrə aid olan nümunə saymaqla bu
ehtimalı qəbul edir
10
. Mənsə bu xalçanın onun
dediyi qədər qədim olmadığını düşünürəm.
Bu xalça, çox güman ki, XVII əsrin sonunda
toxunmuşdur. Mənim əlimdə olan materialla-
ra əsasən, deyə bilərəm ki, kompozisiyası sadə
medalyon üzərində qurulmuş Uşak xalçaları
sonsuz sıralanmadan ibarət olan klassik medal-
yon nümunələrinin xeyli sonra ərsəyə gəlmiş
çeşidləridir. Əlbəttə, bu, Uşak xalçalarının da
əvvəlcə İrandakı kimi sadə bir medalyon kom-
pozisiyası üzərində qurulması, yalnız bundan
sonra sonsuz silsilə şəklinə gəlməsi ehtimalını
aradan qaldırmır. Bu gün həmin mövzuda bun-
dan artıq bir söz deyə bilməyəcəyik. Həmçinin
Berlin muzeyinin İslam əsərləri şöbəsində sax-
lanılan məşhur namazlıq xalçanın da XV əsrə
aid olduğunu qəbul etmirəm. Seçilən şəkillərdə
İran motivlərinin təsirinin güclü olması onla-
rın daha erkən dövrdə toxunmasına dəlalət
etsə də, bu tarix XVI əsrin birinci yarısından o
yana gedə bilməz. Bu gün qəti olaraq bircə onu
deyə bilərik ki, Uşak xalçaları 1550-ci illərdə
tam təşəkkül tapmışdır. O heç də bəsit formalı
olmamışdır və uzun bir inkişafın nəticəsi olaraq
Şəkil 57
Şəkil 58
Şəkil 59
1...,129,130,131,132,133,134,135,136,137,138 140,141,142,143,144,145,146,147,148