134
Marbi xalçasının yeganə nüsxə olmadığını hələ
1930-cu ildə sübuta yetirmişdim.
7
Stokholm
Dövlət Tarix Muzeyində (Staatens Historiska
Museet) saxlanılan Norveç yastığı (şəkil 49) da
əjdahayla simurğ quşunun mücadiləsini təsvir
edən bir xalçadan nüsxələnmişdir. Bu isə onu
göstərir ki, həmin motivlər üzərində yaradılmış
xalçalar Baltik hövzəsinə qədər gedib çıxmışdır.
Bu motivlərlə bəzədilmiş başqa bir xalça-
ya Köhnə Qahirədə (Fustatda) aşkar edilmiş
nümunələr arasında rast gəlinir. XV əsr hey-
van təsvirli Anadolu xalçalarının Berlində və
Marbidəki nümunələrinin kiçik ölçüdə olması
bəzilərində belə təsəvvür oyatmışdır ki, həmin
xalçalar yalnız ikibölümlü olmuşlar. Halbu-
ki italiyalı rəssamların əsərlərində daha çox
bölümlərə ayrılmış daha iri xalçalar da təsvir
edilmişdir. Bu xalça şəkillərinin orijinalı nə
dərəcədə dəqiq əks etdirdiyi də dəqiq bilin-
mir. Çünki bəzən rəssam xalçanın ölçülərini
özünün istəyinə uyğun olaraq da dəyişdirirdi.
Bu, iri ölçülü digər xalçalar üçün də eyni ola
bilməzdimi? Qahirədə aşkar edilən bir nümunə
bizi bu şübhələrdən qurtarır. Müəyyən edil-
mişdir ki, bu xalçanın ölçüləri, ən azı, 2.90 x
3.60 metrdir. Deməli, “heyvan təsvirli Anadolu
xalçaları” Konya xalçaları ilə rəqabət aparmaq
əzmində idilər. Bəlkə də XIVəsrdə onların ye-
rini də tutmuşlar. Bu xalçalar öz inkişaflarının
zirvəsinə XVI əsrin birinci yarısında çatmışlar.
Yuxarıda haqqında danışılan, Qahirədən tapı-
lan nümunələr də həmin dövrə təsadüf edir.
C. J. Lamm Fustatdan tapılan və indiyə qədər
isveçlilərin əlində olan nümunələrdən üçünün
XV əsrə aid olduğunu yazır (şəkil 50, 51). Bun-
lardan ikisində Marbidəki xalçanın üzərindəki
tərzdə stilizə edilmiş quş təsvirləri görünür.
Onların hər ikisi Avropa rəssamlarının tablo-
larında çox nadir hallarda görünən mürəkkəb,
daha çox qumaş naxışlarını andıran bir kom-
pozisiyaya malikdir. Aydın məsələdir, avropa-
lı rəssamlar bu cür mürəkkəb ornamentli xal-
çaları təsvir etməkdənsə, daha sadə quruluşlu
xalçaları çəkməyə üstünlük vermişlər. Bu cür
xalçaların Avropada olduğunu Karlo Krivelli-
nin Frankfurt-Mayndakı Ştedel Bədii Əsərlər
Muzeyində (“Staedelches Kunstinstitut”) saxla-
nılan “Təbşir” adlı tablosu kimi aydın olmayan
nadir əsərlər də təsdiqləyir (şəkil 53).
XV əsrin ortalarından sonra heyvan təsvirli
Anadolu xalçaları avropalı rəssamların əsər­
lərində daha az-az görünməyə başlayır. Artıq
yeni tiplər üzə çıxmır. XVI əsrin astanasında
bu çeşiddən olan xalçalar tamamilə yoxa çıxır.
Bunun əvəzində, heyvan təsvirli xalçalarla pa-
ralel bir inkişaf yolu keçmiş çeşidlər – içindəki
dördbucaqlıları həndəsi fiqurlarla doldurulmuş
xalılar ön plana çıxmağa başlayır. Bunlar ar-
tıq 16-cı əsrin sadə nümunələri (şəkil 23) deyil,
daha çox, həmin əsrin “Holbein xalçaları”nda
görülən daha zəngin səkkizbucaqlı dolğuları
ehtiva edirlər (şəkil 53-54). Bunlara “Holbein
Şəkil 48
Şəkil 49
1...,126,127,128,129,130,131,132,133,134,135 137,138,139,140,141,142,143,144,145,146,...148