133
helm fon Bodenin xalçası bu titulu onlara
verməli oldu. Bu xalça XV əsr Anadolu xalçaçılı-
ğının nümunəsi kimi çox böyük əhəmiyyət kəsb
edir. Bu qəbildən olan xalçaların XV əsrdə Ana-
doluda çoxlu sayda hazırlandığı dəqiqdir. Ox-
şar xalçaların avropalı rəssamların əsərlərində,
ən azı, 3 dəfə yer alması da deyilənlərə sü-
butdur. Təxminən 25 il əvvəl bu xalçalardan
daha bir nümunə aşkar edilib. Həmin xalça
öz mənşəyi baxımından daha çox ip ucu ve-
rir. XV əsr Anadolu xalçaları haqqında olan
bilgilərimizdən çıxış edərək bunların Mərkəzi
İtaliyadakı kilsələrdən birində aşkar edildiyini
fərz edə bilərdik. İkinci xalça (şəkil 48) İsveçin
ucqar Marbi məntəqəsindən tapılmışdır. Tex-
niki keyfiyyətlərinə, rənginə, ölçülərinə görə
Berlindəki xalçayla uyğunluq təşkil edir. Yalnız
elementləri fərqlidir. Hər iki dördbucaqlının
içində budaqda oturmuş iki quş fiquru təsvir
edilmişdir. Bu isə, bildiyimiz kimi, XIV əsr hey-
van təsvirli Anadolu xalçalarının ən çox sevilən
motivlərindəndir. Amma burada ağacın aşağı
hissəsi onun başının əksi kimi, yəni güzgü ef-
fekti ilə təsvir edilmişdir. Beləliklə, bu xalçada
yerliyin doldurulması Berlindəki nümunənin
sxemini xatırladır. Mənim 1929-cu ildə bu xalça-
nı XV əsr xalçası kimi dəyərləndirməyim sonra-
dan doğru çıxdı. 6 Marbi xalçası XV əsrdə yeni
təmayüllərin təsirinə məruz qalmış XIV əsr quş
təsvirli xalçaların daha sonrakı dövrünə aid olan
bir variantını təşkil edir. Əhəmiyyətli olanı bu-
dur ki, həmin xalça İsveçdə Jamtland əyalətində
bir kənd kilsəsində aşkar edilmişdir. Belə çıxır
ki, heyvan təsvirli Anadolu xalçalarının ixraca-
tı, sadəcə, İtaliya ilə məhdudlaşmamış, Baltik
və Şimal dənizləri hövzəsinədək uzanmışdır.
Bu ixracatın dəniz yolu ilə, yoxsa quru yolları
ilə gerçəkləşməsi məsələsi bəlli deyil, o, gələcək
araşdırmaların nəticələrindən asılı olacaq. Mən
Şəkil 45
Şəkil 46
Şəkil 47
1...,125,126,127,128,129,130,131,132,133,134 136,137,138,139,140,141,142,143,144,145,...148