135
xalçaları”nın öncülləri demək olmaz. Əslində,
binlar XVI əsrdəki orijinallarından fərqsiz, əsl
“Holbein xalçaları”dır. Adlarına görə XVI əsrə
aid edilən bu xalçalar, əslində, XV əsrdə toxun-
muşlar. XV əsr boyunca italyan rəssamlarının
tablolarında görünən xalça təsvirlərində, Hol-
landiya məktəbinin rəsmlərində də bu çeşiddən
olan xalçalara rast gəlinir (şəkil 55-56). Anadolu
xalçaları Aralıq dənizi bölgəsindən Şimala da-
şınırdı. Bu, tarixi qaynaqlarda da təsdiqlənmiş
faktdır. 1398-ci ildə hersoq Lüdviq fon Orleans
Türkiyədən gətirilmiş 12 xalça almışdı. Tarixi
qaynaqlar 1416-cı ildə Berri hersoqunun varida-
tında 2 türk xalçasının olmasını da təsdiqləyir.
Hələ XIV əsrin sonunda Brüggedəki Müqəddəs
Donatus kilsəsinin önündə türk xalçalarının
satıldığı deyilir. Buna görə də XV əsrdə Alp
dağlarının şimalındakı ərazilərdə mövcud olan
rəssamlıq məktəblərinin əsərlərində Anadolu
xalçalarının təsvir edilməsinə təəccüblənməyə
dəyməz. Bunların arasında heyvan təsvirli
xalçaların tablolarına rast gəlinmir. Yalnız bir
istisna var – Hans Memlinqin Ştutqartda sax-
lanılan “Batşeva” (Virsaviya) rəsmində xalça
üzərndə əjdahayla simurğ quşunun vuruşması
səhnəsinə rast gəlirik. Təəssüf ki, əsərdə həmin
xalçanın çox kiçik bir hissəsi görünür. Amma
açıq-sarı yerlik üzərində təsvir edilmiş tünd-
göy fiqurlar yuxarıda deyilənləri təsdiqləyir.
Hollandiya rəssamlıq məktəbinin bütün digər
rəsmlərindəki təsvirlərdə də həndəsi fiqurlara
rast gəlinir. Qəribədir ki, bunların arasında ital-
yan rəssamlarının əsərlərində rast gəlmədiyimiz
nümunələr var. Məsələn, Yan van Eyk və Pet-
rus Kristus naxışları duzbucaqlılar deyil, romb
tərtibatı üzərində qu-
rulmuş xalçalar təsvir
etmişlər (şəkil 55).
Xüsusilə Hans Mem-
linq Madonnaya həsr
etdiyi rəsmləri xalça təsvirləri ilə bəzəməyi se-
virdi (şəkil 56). Bunlar başdan-başa kiçik bölgülü
düzbucaqlılara ayrılıb, sonradan Qafqaz xalça-
larında görəcəyimiz şəkildə, künclərində qar-
maqlar olan səkkizbucaqlılarla doldurulmuşdur
(şəkil 57). Van Eykin çəkdiyi romb naxışlı xalça-
nın da Şərqi Anadolu – Qafqaz mənşəli olması
mümkündür. Bu da bizdə belə bir təsəvvür ya-
radır ki, Hollandiya bu xalçaları Aralıq Dənizi
yolu ilə deyil, Şərq tərəfdəki bir yolla idxal et-
mişdir.
Beləliklə, ilk sualımızın cavabı, yəni "XIII-XIV
əsrlərdən XV əsrə nə qalmışdır" sualının cavabı
müsbət olacaq. Amma Konya xalılarının XV əsrə
gəlib çatmadığı da aydındır. Bunun əvəzində,
heyvan təsvirli Anadolu xalçaçılığı öz mövcud-
luğunu qoruyub saxlayırdı, eyni zamanda XV
əsrin ikinci yarısında onun özü də süqutunun
başlanğıcını göstərən nöqtəyə, yəni inkişafının
zirvəsinə gəlib çıxmışdı. Eyni sıralarda dörd-
bucaqlıları həndəsi fiqurlarla doldurulmuş xal-
Şəkil 53
Şəkil 50
Şəkil 52
Şəkil 51
1...,127,128,129,130,131,132,133,134,135,136 138,139,140,141,142,143,144,145,146,147,...148