139
əks olunmuş xal-
çalardır. Bu qrup,
“əjdaha təsvirli xal-
çalar” adlandırılan
Qafqaz xalçalarında
daha dəyişik, daha
çox üslublaşdırıl-
mış bir formada ya-
şamaqdadır. Həmin
Qafqaz xalçalarında
bizə heyvan təsvirli
Anadolu xalçaların-
dan tanış olan baş-
qa motivlərə də rast
gəlmək olar. Məsələn, bir ağac üzərində iki quş,
dördayaqlı heyvan cütləri, tək quş təsvirləri.
Şübhəsiz, bu şəkillər heyvan təsvirli Anadolu
xalçalarından əxz edilmişdir. Hətta deyə bilərik
ki, Qafqazda bu motivlərdən istifadə edilməsi,
Anadoluda onlardan imtina edilməsindən son-
ra başlanmışdır. Çox güman ki, bu yerdəyişmə
XV əsrin ikinci yarısında baş vermişdir. Bu da
əjdaha təsvirli xalçalar tipinin həmin dövrdə
toxunduğunu göstərir. Bu xalçalardakı romb
şəkilləri tablolarda rast gəldiyimiz romb naxış-
larına çox oxşardır (şəkil 55).
Dövrümüzə gəlib çıxan əjdaha təsvirli xalçalar
arasında ilk dövrə aid olan nümunələrin olub-
olmadığını demək o qədər də asan deyil. Bunla-
rın çoxu XVII əsrdə toxunmuşdur. Yalnız Berlin
muzeyinin İslam əsərləri şöbəsində saxlanılan,
son müharibədə tələf olan məşhur xalça
11
kimi
çox zəngin naxışlardan ibarət olan nümunələrin
16-cı əsrin əvvəllərində toxunduğunu güman
etmək olar.
Sözümüzü yekunlaşdırmazdan əvvəl qay-
naqların verdiyi məlumatlara qısa bir nəzər sa-
laq. İngilis kralı Eduard və İspaniya şahzadəsi
Elyanora von Kastilenin 1255-ci ildə baş tutan
toyunda sadəcə pəncərədən asılmayan, yerə də
sərilən, eyni zamanda londonluların qəzəbinə
səbəb olan xalçalar ispan xalçaları olmalıdır.
Amma 1318-ci ildə Fransa Kralı X Lüdoviqin
dul qalmış həyat yoldaşı Macarıstan kraliça-
sı Klementiyanın varidatında olan və hansısa
dəniz yolu ilə gətirildiyi xatırlanan xalçaların
türk xalçaları olması mümkündür. Tarixi qay-
naqlarda Roma Papası XXII İohanın (ölüm tarixi
- 1334) kiçik ölçülü (uzunluqları 3 metrdən də
az) olmalarına baxmayraq, çox bahalı türk xal-
çalarına olan həvəsindən də şikayətlər yer alır.
Onun xələfi XXII Benediktin (ölüm tarixi - 1343)
çox güman ki, Anadoluda toxunmuş, üzərində
yaşıl tutuquşu (şəkil 20) və ağ qu quşu təsviri
verilmiş xalçaları, Şimali Afrikadan gətirilmiş
həndəsi naxışlı xalçaları olmuşdur. 1377-ci ildə
Qaraman sultanlarından biri Birinci Sultan Mu-
rada dörd cüt böyük, beş cüt də kiçik ölçülü
Qaraman xovlu xalçası göndərmişdi. V. Şarlın
1380-ci ildəki varidatında olan xovlu xalçala-
rın sayı 143-dən az deyildi. Bunların mənşəyi
haqda heç bir qeyd yoxdur. Amma çoxunun
Türkiyədən gətirilmiş olması ağlabatandır. Lüd-
viq fon Orleansın 1398-ci ildə Türkiyədən aldığı
12 xalçadan bəhs etmişdik, eyni zamanda 1416-
cı ildə Berri hersoqunun varidatında da 2 türk
xalçasının olmasını qeyd etmişdik. 1426-cı ildə
Provansda Bo qəsrində saxlanılan 64 nömrəli
eksponatdan – divardan asılmış, amma yerə
döşənmək üçün toxunmuş xalçadan da söz
açılır. Ladislav Postum (Ladislaus Postumus)
1455-ci ildə imperator Frederikə yazdığı şikayət
məktubunda öz qəsrindəki bütün əşyaların, o
cümlədən qədim və müasir naxışlarla bəzənmiş
çox gözəl türk xalçalarının oğurlandığını bildi-
rirdi. 1459-cu ildə Uzun Həsənin İstanbuldakı
bir elçisi 60 ildən qalma yəhərlər, xalçalar və
çalmaların verilməsi ilə bağlı xəbərdarlıq edir-
di. 1470-ci ildə Fransada nəşr edilmiş adsız bir
kataloqda müxtəlif formada və ölçüdə olan 13
türk xovlu xalçasının adı sadalanır. 1498-ci ildə
Savoyya hersoqunun və Breton hersoginyası
Annanın kataloqlarında bir türk xalçasının adı
çəkilir. Şarlot d’Albrenin 1514-cü ildəki varida-
tını əks etdirən siyahı daha zəngin məlumatlar
verir. Bu siyahıda 427-434-cü nömrələr altında
hər birində tünd rəngli iki səkkizbucaqlı təsvir
edilmiş 2 türk xalçası, üzərində səkkizbucaqlı
təsviri olmayan daha 2 türk xalçası, hərəsində
iki ədəd səkkizbucaqlı şəkli olan 3 türk xalça-
sı, hərəsində beş səkkizbucaqlı olan 5 ədəd türk
Şəkil 65
Şəkil 66
1...,131,132,133,134,135,136,137,138,139,140 142,143,144,145,146,147,148