130
XV əsr türk xalçaları
Türk xalçaçılığının inkişafında iki çiçəklənmə
dövrünün bir-biri ilə zahiri fərqlərinə baxmaya-
raq, məzmun etibarilə bağlı olduqlarını görmək
üçün bu təkamül prosesinin əsas xətlərinə ötəri
nəzər salmaq kifayətdir. XVI əsr türk xalçaçılığı
XV əsrdə XIII və XIV əsrlərdəki intibah dövrüylə
əlaqəsini kəsmiş olsaydı, xalçaçılıq sənətinin ana
prinsiplərinə bu dərəcədə sadiq qala bilməzdi.
XV əsr iki çiçəklənmə dövrü arasında bir uçu-
rum, qaranlıq bir səhifə deyildi. Həmin dövr,
sadəcə, bir körpü idi. XV əsr xalçaları necə idi?
Ötən səhifələrdə yer alan açıqlamalar bu prob-
lemin nə dərəcədə vacib olduğunu göstərib.
Çünki türk xalçaçılığının XV əsrin sonlarında
xalça nümunələrindəki köklü təbəddülatlara
qarşı olan müqavimətini yalnız onun öz inkişaf
dinamikası baxımından anlamaq mümkündür.
Nümunələrdəki təbəddülatlardan hansı nəti-
cələri çıxarmaq olar?
XV əsrə qədər toxunan xalçalarda yalnız eyni
tipli həndəsi fiqurların eyni nizama görə sıra-
lanması prinsipi mövcud idi. Nümunələrdəki
cərəyanların davamlılığı daim qorunurdu.
Avropalı rəssamların əsərlərindən və İran
miniatürlərindən tanıdığımız XV əsr Anado-
lu və İran xalçaları bir-birindən çox da fərqli
deyildilər. Bu mənbələrdə İran xalçaları daha
zərif və zəngin görünürlər. Bəlkə də, bunun
səbəbi İran miniatürçülərinin öz nümunələrini
avropalı sənətkarlardan daha yaxşı əks
etdirmək qabiliyyətindən irəli gəlirdi. Bu fərqlər
əhəmiyyətsizdir. Əhəmiyyətli olan XV əsrin or-
talarına qədər hər tərəfdə eyni formada və eyni
qiymətdə olan nümunələrin, naxışların eyni
cərəyan üzrə inkişafı prinsipidir. XV əsrin ikinci
yarısında İranda bu prinsipdən imtina etdilər.
Bu dəyişikliyi miniatür rəsmlərindəki xalça
təsvirlərindənizləyəbilərik.Köhnənümunələrin
yanında ilk dövrlərdə az-az, sonradan çox
müntəzəm şəkildə tamamilə başqa prinsiplərə
əsaslanan yeni nümunələr görünməyə başladı.
Eyni qiymətli motivlərin sıralanması əvəzinə
bir-birinə tabe olan motivlərin qruplaşması
müşahidə olunmağa başladı. Yerliyin ortası xal-
çanın da mərkəzi anlamına gəlirdi. Bir medal-
yonla göstərilən bu mərkəz bütün digər fiqurla-
ra hakim olurdu.
Bu naxış örnəklərinin və naxışlama prin-
siplərinin təzhib sənətindən əxz edildiyi
məlumdur. Amma bu dəyişikliyin necə meyda-
na gəldiyini yanlız təsəvvürümüzdə canlandıra
bilərik. XV əsrdə İranda xalça emalı artmışdı.
İnkişaf etmiş şəhər atelyeləri daha iri ölçüdə,
daha yaxşı xov texnikasına malik olan və daha
zəngin rənglərdə xalılar hazırlamaq imkanına,
səviyyəsinə çatmışdı. Səlcuqlar dövründən qal-
mış, monqollar və Teymurləng dövründə daha
da cilalanmış, amma çox da dəyişdirilməmiş
həndəsi təsvirlər artıq xalçaçılar üçün kifayət et-
mirdi. Yeni nümunələrəehtiyacvardı. Bunları adi
toxuculardan gözləmək yersizdir. Ona görə də
başqa sənətkarlara müraciət olundu. O dövrdə
Şəkil 38
Şəkil 39
1...,122,123,124,125,126,127,128,129,130,131 133,134,135,136,137,138,139,140,141,142,...148