131
İranda kitabçılıq sənəi, yəni təzhib, xəttatlıq,
miniatür və cildləmə sənəti çox geniş yayıl-
mışdı. Bax bu sahələrdə çalışan sənətkarlara
yeni xalça naxışları çəkdirildi. Bəlkə də, bu
inkişafda Behzad kimi sənətkarlar da iştirak
etmişlər. O tarixə qədər yüz illik ənənəyə ma-
lik olan naxışlar, şablonlar dəyişdirilib inki-
şaf etdirilmədi, bir kənara atıldı və bunların
əvəzinə təzhib və miniatür sahələrindən əxz
edilən yeni nümunələr qoyuldu. Beləliklə, xal-
çaçılıq tarixində yeni bir era başlandı.
Bu təbəddülat radikal dəyişiklik idi. O, İranda
xalçaçılığıqısamüddətli, ammaçoxsürətlibir in-
kişafa apardı. Amma xalçaçılıq işi köklərindən
qoparıldığı, bir ənənəyə əsaslanmadığı üçün
çox qısa bir zamanda tənəzzülə uğradı. Bunu
nəzərə alsaq, türk xalçaçılarının ilk baxışda,
əlbəttə, cəlbedici görünən bu yeniliyə baş qoş-
maması böyük bir üstünlük sayılmalıdır. Belə
bir təmayülə müqavimət göstərə bilmək üçün
daxli inam hissinə ehtiyac vardı. XV əsrdə baş
verənlər türk xalçaçılığı üçün bir başlanğıc ola
bilmədi, bu dövr türk xalçaçıları üçün XII-XIII
əsrlərdəki ənənələrin ahəngdar davamı oldu.
Buna görə də XV əsrdə Anadoluda davamlı xal-
çaçılıq sənayesinə ehtiyac yarandı. Bu dövrün
nə kimi xüsusiyyətlərini göstərmək olar?
Birinci sual budur: XV əsr türk xalçaçılığına
XIII və XIV əsrlərdən hansı miraslar qalmışdır?
Konya xalçaları mövzusunda cavabımız mənfi
olacaq. Bunların XV əsrdə də toxunduğunu
sübut edə bilməyəcəyik. XIV əsrdə, sadəcə, o
qədər də aydın olmayan pərakəndə izlərə rast
gəlirik. Güman edə bilərik ki, Səlcuq İmperiya-
sının süqutu ilə bu sahə də eyni aqibəti yaşa-
mışdır. Konya xalçaçılığı bu inkişafdan kənarda
qalmışdır. Amma bunu da qeyd etməliyik ki,
Konya xalçalarından sonra toxunan məmulatlar
da həmin xalçaların səviyyəsinə çatmamışdır.
XIV və XV əsrlərdə toxunmuş xalçalar onlarda
istifadə olunan naxışlar, ornamentlər baxımın-
dan daha incə olsalar da, onlarda Konya xalçala-
rının malik olduğu əzəmət, ehtişam görünmür.
Avropalı rəssamların əsərlərində heyvan
təsvirli Anadolu xalçalarının yer alması təkcə
XIV əsrlə məhdudlaşmır. XV əsrdə çəkilmiş
əsərlərdə də əvvəlki əsrdən tanıdığımız tablola-
ra rast gəlinir. Amma bunlarla birlikdə XIV əsr
Şəkil 40
Şəkil 41
Şəkil 42
1...,123,124,125,126,127,128,129,130,131,132 134,135,136,137,138,139,140,141,142,143,...148