138
bu şəkli almışdır. Amma XVI əsrin ilk yarısında
Osmanlı incəsənəti o dərəcədə sürətlə inkişaf et-
mişdir ki, bu xalçaların təşəkkül dövrünün çox
qısa zamanı əhatə etməsi ehtimalı da ağlabatan
görünür. Uşak xalçaları üçün böyük əhəmiyyət
daşıyan İran mənşəli yeni motivlərin 1514-cü
ildə baş vermiş Çaldıran döyüşündən sonra əxz
edildiyini güman etmək olar. Bu motivləri 20 il
ərzində türk incəsənətinə uyğunlaşdıraraq in-
kişaf etdirmək, şübhəsiz, inanılmaz nəticədir.
Amma qeyri-mümkün də deyil. Nə qədər ki
əlimizdə bu xüsusda kifayət qədər tədqiqat ma-
terialı yoxdur, Uşak xalçaçılığının XV əsrdə baş-
layıb-başlanmadığını deyə bilməyəcəyik.
Başqa bir mövzuda mənə belə bir cavab da
mümkün görünür: XV əsrdə Osmanlı xalçaları-
nın ilk mərhələsi olmamışdır. Bu qəbildən olan
xalçalar müəyyən inkişaf nəticəsində deyil, son-
radan ortaya çıxmışlar. Bunların şablonları isə
Osmanlı sarayında qumaş və kaşı tərtibatı ilə
məşğul olan rəssamların verdiyi nümunələr,
eskizlər əsasında hazırlanırdı. Çünki bu xalça-
lar XVI əsr Osmanlı üslubunu xatırladırlar. İran
üslubunda müşahidə olunan çiçək təsvirləri ilə
sırf türk üslubuna aid olan, naturalist tərzdə
təsvir edilmiş lalə və qərənfil şəkillərinin sin-
tezini nəzərə alsaq, bunların başlanğıcını 1530-
1540-cı illərə aid etməliyik. Bununla belə, tarixi
XV əsrə gedib çıxan, müəyyən mənada türk xal-
çaları sinfinə aid edilən başqa bir çeşid də var-
dır. Bunlar əjdaha təsvirli Qafqaz xalçalarıdır.
Əvvəlki səhifələrdə göstərildiyi kimi, XV əsrin
ikinci yarısında heyvan təsvirli Anadolu xalçala-
rı öz yerini Holbein xalçalarına vermişdir. Bun-
ların sonuncu, ən mühüm qrupları, üzərində bir
əjdahayla simurğ quşunun mübarizəsi səhnəsi
Şəkil 60
Şəkil 61
Şəkil 62
Şəkil 63
Şəkil 64
1...,130,131,132,133,134,135,136,137,138,139 141,142,143,144,145,146,147,148