132
xalçalarını ərsəyə gətirmişAnadolu atelyelərinin
xanalarından çıxmış yeni tiplərə də rast gəlinir.
Bu xalçalar o şəkillərdə təsvir edilmişlərsə,
deməli, həmin tarixdən xeyli əvvəl istehsal
edilmişlər (Terminus ante quem). Üstəlik, xal-
çaların tablolarda yer almasından əvvəl bu
məmulatların gəlib Qərb ölkələrinə çatması da
müəyyən vaxt tələb edirdi. Bu xalçalar Qərbə
nə qədər əvvəl gətirilmişdir? Bunu demək bir
qədər çətindir. Bu xalçaların XV əsrdə toxundu-
ğunu, həmin dövrdə xalça rəsmlərini tablolarda
təsvir etməyin bir dəb olduğunu nəzərə alsaq,
onların Qərbə gətirilməsi ilə rəsm əsərlərinə
düşmələri arasında böyük zaman keçdiyini id-
dia edə bilmərik. Heyvan təsvirli Anadolu xal-
çasının, məsələn, İtaliyaya aparılması ilə onun
bir tabloda əks olunması arasında uzaqbaşı
20, yaxud 30 il vaxt keçə bilərdi. Onda güman
etmək olar ki, heyvan təsvirli Anadolu xalçala-
rının son qrupundan olan məmulatlar XV əsrdə
hazırlanmışdır.
Ağac şəklində təsvir edilmiş quş
görüntüləri XIV əsr xalçalarının
ən çox sevilən və rast gəlinən
elementləri idi. XIV əsrin son-
larına getdikcə üzərində tək bir
quş və ya dördayaqlı bir heyvan
təsvir edilmiş xalılar görünməyə
başlayır. XV əsrin əvvəllərində bu
elementlər daha da şaxələnməyə
başlayır. Dördbucaqlılar içində dördayaqlı hey-
vanların qoşa təsvirləri görünür. Bu təsvirlər
dördbucaqlılar içində dəyişdiyi kimi, bəzən
dördbucaqlılar sırasında da dəyişir. Quş-
lar, dördayaqlı heyvanlar, dəniz heyvanları,
xərçənglər yan-yana düzülür (şəkil 43). Sonra-
kı mərhələlərə aid olan nümunələrdə isə hey-
vanlar yan-yana deyil, boğuşduqları vəziyyətdə
təsvir edilir (şəkil 44-46). Beləliklə daha dina-
mik, bir-biriləri ilə daha bağlı bir qrup təşkil
edilrər. Bu heyvan çarpışmaları silsiləsində
aşağıda pəncələrini açmış bir heyvanla yuxarı-
dan hücuma keçən və quyruq tüklərindən quş
olduğu anlaşılan bir başqa canlının mübarizəsi
görünür (şəkil 45, 46). Xoşbəxtlikdən, bu tipin
orijinalı əlimizdədir (şəkil 47). Bu xalça mərkəzi
İtaliyadakı bir kilsədən aşkar edilmişdir. Çox
güman ki, xalça həmin kilsəyə XV əsrdə apa-
rılmışdır. Bu gün isə Berlin muzeyinin "İslam
əsərləri" bölümündə saxlanılır.
İtalyan rəssamlarının tablolarındakı təsvirdən
açıq şəkildə görə bilmədiyimiz səhnə xalça-
nın orijinal nüsxəsində aydın seçilir. Bir-biriylə
vuruşan bu iki heyvan əjdahayla simurğ qu-
şudur. Hər iki fiqur üslublaşdırılmışdır. On-
lar sarı yerliyin üzərində təsvir edilmişlər. Sarı
yerlik Çin imperatorlarının rəmzi sayılır. Çin
incəsənətində əjdaha və simurğ quşunu belə
çarpışmada göstərməsələr də, onlar Çin mühi-
ti üçün xarakterik ünsürlərdir. Xalçalarda çox
nadir hallarda görünən imperator sarısından
ibarət zəmin üzərində sırf Çinə xas olan belə bir
motivdən istifadə edilməsi, bəlkə də, hardasa
TeymurunAnadolunu işğal etməsi ilə əlaqəlidir.
Bu mülahizəni sübuta yetirmək mümkün de-
yil, amma əgər doğrudursa, deməli, heyvan
təsvirli Anadolu xalçalarını hazırlayan atelyelər
əcnəbi motivləri mənimsəyərək onlardan öz
nümunələrini zənginləşdirmək üçün istifadə
edəcək qədər inkişaf etmişdilər. Bunların iri
atelyelər olmasını isə hazırladıqları məhsulları
böyük miqdarda xaricə ixrac etməklərinə əsasən
söyləmək olar.
XV əsrə aid olduğuna şübhə etmədiyimiz
Berlin xalçası (şəkil 47) isə 1896-cı ildə Vilhelm
fon Bode tərəfindən Roma əntiqçilərindən alın-
mışdır. Bu xalçanın araşdırılması müəyyən
problemlər yaratdı. Onunla müqayisə olunacaq
başqa nümunələr mövcud deyildi. Amma İta-
liya rəssamlarının tablolarında yer alan bu cür
xalça təsvirlərinin köməyi ilə onun XV əsrə aid
olduğu dəqiqləşdirilə bilərdi. Həmin xalça 10 il
ərzində dünyanın ən qədimxalçası sayıldı. Sonra
ƏlaəddincamesindəkixalçalaraşkaredildivəVil-
Şəkil 43
Şəkil 44
1...,124,125,126,127,128,129,130,131,132,133 135,136,137,138,139,140,141,142,143,144,...148