136
çalar da çox inkişaf etmiş, XV əsrin ikinci yarı-
sında heyvan təsvirli xalçaların yerini tutmağa
başlamışdır. Bu dövrün xalçaları başlanğıcını
XV əsrdən götürən XVI əsr Holbein xalçaları-
nın bütün keyfiyyətlərini özündə əks etdirirdi.
Bununla yanaşı, xüsusilə Hollandiya rəssamlıq
məktəbinin xalça təsvirlərindən öyrəndiyimiz
başqa şəkillərə rast gəlinir. Bu çeşidlərə da-
xil olan romb naxışlı nümunələrin XV əsrin
əvvəllərində Avropaya gedib çıxmasını nəzərə
alsaq, onları mənşəcə XIV əsrin sonuna aid edə
bilərik. Qarmaqlı səkkizbucaqlılarla doldurul-
muş kiçik dördbucaqlı xalçalar isə sonrakı dövrə
aid ola bilər. Güman etmək olar ki, hər iki qru-
pun vətəni Şərqi Anadoludur.
Beləliklə, ikinci sualın üzərinə gəlirik. XVI-
XVII əsrlərdəki intibah dövrü XV əsrə doğru nə
qədər geriyə uzadıla bilər?
Yuxarıda, bu sualın Holbein xalçaları ilə bağ-
lı hissəsinə cavab vermişik. Bunların kökü XV
əsrdədir. Bunu xüsusilə 1-ci və 3-cü tipdən olan
xalçalar haqqında deyə bilərik. Şəkillərdəki
ikinci tipin isə XVI əsrdən əvvələ aid olduğu-
nu isbatlamaq mümkün deyil. Bunların necə
ərsəyə gəlmələri də indiyədək bəlli deyil. Hər
halda, bu tip xalçaların inkişafında hərəkət
nöqtəsini birinci tipin başlanğıcından başqa bir
yerdə axtarmaq lazımdır. Bundan daha qədim
nümunələr mövcud deyil. Bəlkə də, onları Türk
və İslam Əsərləri muzeyindən tapmaq mümkün
olardı. Üçüncü tip bir istisna təşkil edir. Bu xal-
çaların Misirdəki “Məmlük xalçaları” ilə olan
bənzərliyini bir qədər əvvəl müxtəlif dəlillərlə
əsaslandırmışdım.
8
Bu xalçaların ən qədim
nümunəsi, çox güman ki, Münhendəki Bavariya
Milli Muzeyindəki xalçadır (şəkil 58). Amma bu
xüsusda belə bir mülahizə irəli sürməkdən ötrü
"Türk və İslam Əsərləri Muzeyi"nin saxlancla-
rındakı xalçaların tədqiq edilməsini gözləmək
lazımdır. Münhendəki xalçanın XV əsrə aid ol-
duğunu söyləməyə cəsarətim çatmaz. Amma
çox güman ki, uzaqbaşı XVI əsrin əvvəllərində
ərsəyə gəlmişdir. Bununla belə, Berlin Dövlət
Muzeylərinin İslam Əsərləri bölümündəki bir
xalçanın XV əsrdə hazırlanmış olduğunu iddia
etmək olar (şəkil 59). Fra Karnevale da Urbi-
nonun Romada, Vatikan kitabxanasında sax-
lanılan bir rəsm əsərindəki çərçivə ornamenti
də deyilənlərə bir sübutdur (şəkil 60). Köhnə
Qahirədə aşkar edilmiş nümunələr arasında XV
əsrə aid olanlar damövcuddur (şəkil 61-64). Eyni
zamanda, Beyşehirdəki Əşrəfoğlu camesindən
tapılan xalçaların ən qədiminin də həmin tarixə
aid olduğunu söyləmək olar (şəkil 65).
Uşak xalçalarının XV əsrdə mövcud olub-
olmaması sualı da ortaya çıxa bilər. Onla-
rın mənşəyi haqqında məlumatımız yoxdur.
Əlimizdə olan materiallar bunların, sadəcə,
inkişaf etdirilmiş nümunələridir. Medalyonlu
Uşak xalçaları ilə Ulduzlu Uşak xalçaları ara-
sında, yaxud da bu iki əsas qrupla altıbucaqlı-
lar silsiləsindən ibarət olan medalyonlu xalça
tipi arasındakı əlaqə hələlik izah edilməmişdir.
Tablolarda görünən bu çeşid xalçaların (şəkil
66) təsvirlərinə yalnız XVI əsrin ilk yarısında
təsadüf edilir. İngilis kralı VIII Henrinin bu
portretində, 31-ci şəkildə gördüyümüz medal-
yon təsvir edilmişdir, amma o, altıbucaqlılar
silsiləsinin içində yerləşdirilmişdir. XVI əsrin
ortalarında Paris Bordone tərəfindən çəkilmiş
və hazırda Venesiyada Akademiya Qalereyasın-
Şəkil 54
Şəkil 56
Şəkil 55
1...,128,129,130,131,132,133,134,135,136,137 139,140,141,142,143,144,145,146,147,...148