54
Ədhəm Yusubov 1958-1963-cü illərdə Ə.Əzimzadə adına
Azərbaycan Dövlət Rəssamlıq məktəbinin “Rəsmvə rəsmxəttin
tədrisi” bölməsində təhsil alıb. Daha sonra təhsiliniAzərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Keramika”
bölməsində davam etdirib. Ə.Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq məktəbində, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində müəllim kimi çalışıb. 1972-ci ildən
Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.1975-1980-ci illərdə
Azərbaycan Rəssamlar İttifaqının “Dekorativ-tətbiqi sənət”
bölümünün sədri vəzifəsində işləmişdir. 2001-2007-ci illərdə
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dekorativ-
tətbiqi sənət” kafedrasının müdiri olub. 2011-ci ildən həmin
kafedranın professorudur. 1965-ci ildən davamlı olaraq bir çox
respublika və beynəlxalq səviyyəli sərgilərin iştirakçısıdır.
Əsərləri Azərbaycan, Rusiya, Latviya, Bolqarıstan, Polşa,
Rumıniya, Çexoslovakiya, Almaniya, Kanada, Türkiyə və s.
ölkələrdə böyük uğurla nümayiş etdirilib.
– Keramika üzrə təhsil alsanız da,
qobelenə meyil etmisiniz...
– Təsviri sənətin başqa sahələrinə nisbətən
qobelendə yaradıcılıq imkanları daha
böyükdür. Burada qrafika, rəngkarlıq,
hey-kəltəraşlıq, dekorativlik, klassik və mü-
asir üslubda işin icrası mümkündür. Bu,
müəllifin hazırladığı layihədən və hansı üs-
lubda işləyəcəyindən asılıdır.
– Bu gün klassik qobelenlərlə müasir
üslublu qobelenlərin arasında nə kimi
fərqləri görmək olar?
– Bildiyimiz kimi XX əsrin əvvəllərindən
başlayaraq elm və texnikada, incəsənətin
bütün sahələrində böyük dəyişikliklər baş
vermişdir. Əlbəttə, bu dəyişikliklər hər bir
sahədə olduğu kimi təsviri sənətdə də özü-
nü büruzə verirdi. XIX əsrdən fərqli ola-
raq müasir formalar artıq impesionistlərin
əsərlərində müşahidə olunur. Sonralar
müxtəlif izlərin yaranması bu prosesi daha
da gücləndirir. Dünya muzeylərində nü-
mayiş etdirilən bu əsərlər tamaşaçıların
diqqətindən yayınmır. Sözsüz ki, bütün bu
amillər qobelendə də yeni axtarışların və
formaların əmələ gəlməsinə səbəb olub.
Son illərdə qobelenlər artıq ənənəvi olaraq
tək divar üçün deyil, həcmli ya konseptual,
faktura və digər xarakterli kompozisiyaların
yaranmasında böyük rol oynamışdır.
– Azərbaycan sənətkarları müasir tenden-
siyalarla ayaqlaşa bilirlərmi?
– Mənim fikrimcə, bu baxımdan
Azərbaycantəsviri sənətindəüç əsas mərhələ
ayırmaq olar. Birinci 1920-1960-cı illər, yəni
Azərbaycanda Sovet Sosialist Respulikası-
nın qurulmasından XX əsrin ortalarınadək
olan dövrdür. Bu, ilk mərhələdir. 1960-1990-
cı illəri isə Azərbaycan təsviri sənətinin
ən yüksək dövrü hesab etmək olar. Bu
illərdə Azərbaycan təsviri sənətinin bütün
sahələrinin möhkəm təməli qoyulur. Bu gün
əsərləri ilə fəxr etdiyimiz sənətkarlarməhzbu
illərdə yaddaqalan gözəl sənət əsərləri yarat-
mışlar. Dekorativ-Tətbiqi Sənət sahəsində də
mühüm addımlar atılır. 1980-1985-ci illərdə
Dekorativ-Tətbiqi Sənət sərgiləri, 1982-ci ildə
Riqada II Ümumittifaq, 1986-cı ildə Moskva-
da qobelen sərgisi, Kiyevdə, Səmərqənddə
və bir çox xarici ölkələrdə keramika və qobe-
1...,46,47,48,49,50,51,52,53,54,55 57,58,59,60,61,62,63,64,65,66,...148