57
hadisələrlə bağlıdır. Həmin illərin “Axın”,
“Partlayış”, “20 Yanvar”, “Pəncərə” kimi
işlərində bu həyəcanlı günlərin yaddaşımda
qalan dərin izlərini əks etdirməyə çalışmı-
şam. Başqa qobelenlərin məzmunlarından
xaraktercə fərqli olan bu işlər, əsasən, daha
lakonik bir şəkildə həll edilmişdir.Ağ və qara
rənglərin ziddiyyətli düzümü mövzunun
açılmasında daha qabarıq iştirak edir. Qar-
şı-qarşıya duran iki qüvvənin rəng vasitəsilə
həlli “Siluet” və “Zaman” qobelenlərində də
istifadə olunub. Qara ləkə üzərində ağ fak-
turaların düzülüşündə insan fiquru aydın
görünür. Diqqət yetirsəniz, qadın siluetinin
yuxarı hissəsində tünd, mərkəzində isə di-
namik bir işıq görünür. Bunun özündə də bir
fikir var. Qurani-Kərimin “Nur” surəsinin
ayələrində açıqlanır ki, insan yer üzündə nur
daşıyıcısıdır. İnsan qəlbində gəzdirdiyi, ona
İlahidən verilmiş nuru insanlarla paylaşmaq
və artırmaq missiyasını daşıyır.
– Əsərlərinizdən birində 20 Yanvar fa-
ciəsini də əks etdirmisiniz...
– Bu əsərin həm kompozisiya qurulu-
şu, həm rəng həlli, əhvali-ruhiyyəsi sükut
içində baş verən müdhiş dəhşəti əks etdirir.
20 Yanvar hadisələrini özündə əks etdirən
bu qobelenin kompozisiya quruluşunda üç-
bucaqlı fiqur bütün ağırlığı ilə aşağıya doğ-
ru yönəlmişdir. Sanki fəzanı parçalayaraq,
böyük sürətlə yerə doğru hərəkət edən iti
bucaqlı üçbucaq dəhşətli faciənin yaxınlaşdı-
ğını əks etdirir. Bu üçbucaq bütün canlı var-
lıqları məhv etmək üçün düşmən tərəfindən
törədilmiş 20 Yanvar dəhşətinin simvoludur.
Qobelendə istifadə olunan qara, sarı, narın-
cı və qırmızı rənglər dəhşət hissini daha da
gücləndirir. Tamaşaçılar bu əsərin onlara
çox ağır təsir bağışladığını deyirlər. Bu isə 20
Yanvar hadisəsinin mənə göstərdiyi təsirdən,
bu faciəni necə həyəcanla yaşadığımdan irəli
gəlir.
– “Zaman” əsəriniz də maraq doğurur...
– Kosmosun fəthi kimi problemlərin həll
olunduğu bir zamanda dünyanın təzadlarla
dolu olması məni həmişə heyrətləndirib.
Mənim fikrimcə, təbiətdəki ağ və qara
rənglər gecə və gündüz, məhəbbət və nifrət,
yaxşılıq və pislik, həyat və ölüm rəmzidir.
Təbiət hər bir şeyi mənalandırıb gecə və
gündüzə bölmüşdür. “Zaman” əsərində ağ
rəng işıq rəmzidir. İnsan gözünü açanda
öncə işıq görür. Vaxt keçdikcə dünyanı dərk
etməyə başlayır və yaşayaraq təzadlarla qar-
şılaşır. Qobelendə bunu ağın üzərində kiçik
ölçülü qara ləkələrlə göstərmişəm. Getdikcə
bu ləkələr mürəkkəbləşir, bəzən sıxlaşır,
bəzən də seyrəlir. Toxunmada da qarışıq
texnikadan istifadə edilərək, bu fakturalar
aşağı hissələrdə relyefə çevrilir. Həyat da
ağ və qara, işıq və qaranlıq kimi iki qarşı-
durmanın mübarizəsidir. Bu işdə ağ və qara
həyatın mənası kimi seçilib. Kürə forması
və onun ətrafı yeri, kainatı əks etdirir. Rel-
yef kimi verilmiş kəndir isə zamanın qəddar
diktəsini göstərir. Qobelendə qara nə qədər
güclüdürsə, ağ bir o qədər işıqlı görünür. “Za-
man” qobelenində şəxsiyyətinmənəviyyatını,
müxtəlif ziddiyyətlər və kəşflərlə bağ-
lı yaradıcı prosesi, insan münasibətinin
mürəkkəbliyini, təbiət hadisələrinin insana
təsirini göstərmək istəmişəm. Bu qobelen bir
sıra yerli və xarici sərgilərdə nümayiş olunub.
– Bəzənmüəlliflər hansısa bir əsəri yaradır,
amma onu adlandırmırlar. Bunu seyrçilərin
ixtiyarına buraxırlar...
– XIX əsrin axırı - XX əsrin əvvəllərində,
xüsusilə ciddi musiqidə bu hallara tez-tez
rast gəlirik. L. V. Bethovenin 5-ci və ya 9-cu
simfoniyaları, P. İ. Çaykovskinin 1-ci konserti
və başqa məşhur bəstəkarların nömrələnmiş
musiqi əsərlərinə rast gəlmək olar. Müasir
rəssamların əsərlərində sadəcə kompozisiya-
nınvəyaxudkompozisiya 1,2,3.., improvizasi-
yanın 21 A... və s. bu kimi adlandırmaları var.
Bayaq qeyd etdiyim kimi, müxtəlif cərəyanlar
qobelen sənətindən də yan keçməyib. Hələ
bilmək olmaz gələcəkdə hansı cərəyanlar ya-
ranacaq. Bu cür yanaşma normal qəbul olun-
malıdır. Amma bugünkü gənclər müasir işlər
yaratmaq üçün klassik ənənələri daha gözəl
bilməli, işlərində nəyi təsvir edəcəklərini ay-
dınlaşdırmalı, onu mövzu və kompozisiyaya
uyğun əlaqələndirə bilməlidirlər.
– Hazırda hansısa əsər üzərində işləyir-
siniz?
– Bir çox maraqlı layihələr var ki, artıq mate-
riala keçirilməlidir. Müxtəlif mövzuları əhatə
edən bu layihələr həcmcə böyükdür və onla-
rın texniki cəhətdən icrası vaxt tələb edir. Hər
halda, tezliklə işə başlamağa çalışacağam.
– Uğurlar!
– Təşəkkür edirəm.
1...,49,50,51,52,53,54,55,56,57,58 60,61,62,63,64,65,66,67,68,69,...148