62
Bakıda anadan olan müsahibimin rəs­
sam­lığa həvəsi uşaq yaşlarından başla-
yıb. Rəsm dərnəklərində məşğul olub,
müxtəlif sərgilərdə iştirak edib. Daha
sonra Ə.Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq məktəbinin rəngkarlıq
şöbəsinə daxil olub. 1988-1993-cü illərdə
M.A.Əliyev adına Azərbaycan Dövlət
İncəsənət İnstitutunun heykəltəraşlıq
fa­kültəsində təhsil alıb. 2005-ci ildən
Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
1990-cı ildən başlayaraq müxtəlif miqyaslı
sərgilərin iştirakçısıdır. Əsərləri İngiltərə,
Yaponiya, Fransa, Rusiya və digər ölkələrdə
şəxsi kolleksiyalarda saxlanılır.
– Bu nadir sənət növünə maraq haradan yarandı?
– Uzun illər Moskvada yaşayıb-işləmişəm. Elə orada da bu sənətin sirlərinə
yiyələnmişəm. Ağacdan müxtəlif məmulatlar hazırlamağa böyük həvəsim var
idi. İlk vaxtlar uşaqlar üçün taxtadan müxtəlif heyvan fiqurları düzəltməyə baş-
ladım. Sonra kiçik peyzajlara keçdim. Yavaş-yavaş daha iri əsərlər ya­ratmağa
başladım. Artıq 15 ildir ki, bu sənətlə məşğulam və heç peşman deyiləm.
– Zəhmət olmasa, dekorativ-tətbiqi sənətin bu növü – intarsiya haqqında bir
az ətraflı məlumat verərdiniz...
– İntarsiya nazik ağac lövhəciklərindən, yonqarlarından yığılmış mozaikadır.
Bu mozaikalar müxtəlif ölçülü və müxtəlif növ ağacların bir-birinə keçirilməsi,
yapışdırılması ilə quraşdırılır. İntarsiya texnikası ilə döşəmələr, divarlar, ma-
salar və digər mebellər bəzədilir. Bu sənət hələ orta əsrlərdə Misirdə yaranıb.
Həmin dövrdə orada tayı-bərabəri olmayan bəzək nümunələri kimi tanınan
yerli intarsiya və ağacoyma sənəti geniş yayılmışdı. İntarsiya texnikası Sicili-
1...,54,55,56,57,58,59,60,61,62,63 65,66,67,68,69,70,71,72,73,74,...148