49
mənası və əhəmiyyətidir. Sizin xalçalar na-
xışlarlazəngindir.Onlarınüzərindəmüxtəlif
formalı naxışlara rast gəlmək olar. Bu naxış-
ların hər birinin isə öz mənası, açması var.
Onlar sadəcə bəzək elementi deyil. Sizin
xalçaların “dilini” bilməklə onları toxuyan
insanların yaşayış tərzindən, məişətindən,
dünyagörüşündən hali olursan.
- Ən çox bəyəndiyiniz Azərbaycan xalça-
sı hansıdır?
- Şəxsən mən bütün Azərbaycan xalçala-
rını bəyənirəm. Çünki hər birinin fərqli to-
xunma özəlliyi var. Hər birinin fərqli bədii
quruluşu, öz motivi var. Hər bir motivin də
öz mənası var. “Qaraçöp”, “Çiçi”, “Borçalı”
xalçaları, “Əjdahalı” sumax bu baxımdan
fərqlənirlər.
- Bəs alıcılar, əsasən, hansı xalçalara üs-
tünlük verirlər?
- Zövqlər müxtəlifdir. Bizim şirkət dünya-
nın qabaqcıl ölkələrinə xalça ixrac edir. İstər
Amerikaya, istər Avropa ölkələrinə, istərsə
də Yaxın Şərqə. Xalça biliciləri Anadolu,
Azərbaycan və Türkmənistan xalçalarına
üstünlük verirlər. Bu xalçalara tələbat daha
çoxdur.
- Xalçanın bugünkü mövqeyindən razı-
sınızmı? Sintetik, süni malların artdığı bir
dövrdə əl ilə, təbii iplərlə toxunan xalçala-
ra tələbat varmı?
Xalça. Yun. Xovlu. 227x118. 1888-ci il.
Gəncə qrupu. Azərbaycan.
1...,41,42,43,44,45,46,47,48,49,50 52,53,54,55,56,57,58,59,60,61,...148