63
ya və Əndəlus vasitəsilə xristian Avropasına
yayılana qədər artıq İslam dininin yayıldığı
Şimali Afrikada xeyli təkmilləşmişdi. Daha
sonra bu sənət Yunanıstanda, İtaliyada, Al-
maniyada, Hollandiyada, İngiltərədə geniş
yayılmağa başladı. İntarsiyanın da öz növləri
var. Mozaika hissələri qabarıq və ya müstəvi
ilə eyni səviyyədə qalan intarsiyalar var.
–Adi ağac qırıntılarındanbeləmükəmməl
əsərlər yaratmaq çox vaxt aparır?
– İntarsiya müxtəlif növ ağacların təbii qu-
ruluşundan və rəngindən istifadə olunmaq-
la yaradılır. Müxtəlif növ ağaclar seçildikdən
sonra onların hər biri kəsilir, formaya salınır
və cilalanır. Sonra kəsilərək şəkil formasında
bir - birinə keçirilir və dayaq rolunu oynayan
taxtaya yapışdırılır. Dayaq rolunu oynayan
taxta da hazır formanın konturlarına uyğun
kəsilir. Yapışqan bərkiyəndən sonra forma-
nın üzərinə son qoruyucu qat çəkilir və bu-
nunla da iş tamamlanır. Elə rəssamlar var ki,
bunun üçün yağlardan, laklardan istifadə
edirlər. Mən isə mum çəkirəm.
– Ağacla işləməyin hansı üstünlükləri
var?
– Ağac kimi mülayim, həssas, səxavətli,
“sözə­baxan” digər material yoxdur. Bun-
dan başqa, ağac həm də itkisiz material-
1...,55,56,57,58,59,60,61,62,63,64 66,67,68,69,70,71,72,73,74,75,...148