56
len rəssamlarının əsərləri müvəffəqiyyətlə nü-
mayiş etdirilir. 1990-cı illərdən üçüncü mərhələ
başlayır. Bu gün Azərbaycan təsviri sənəti ikin-
ci mərhələdən fərqli olaraq tam sərbəstdir.Yəni
hər bir sənətkar yaratdığı işin xarakterindən və
kompozisiyadan asılı olaraq onun həllini tapır.
Son illər Bakıda açılan sərgilərdəki qobelenlər
müasir tendensiyaları, meyilləri özündə əks et-
dirir, ona uyğunlaşır. Hətta bəzən müəllifin kim
olduğunu müəyyənləşdirmək üçün işə daha çox
yaxınlaşmaq məcburiyyətində qalırsan.
– Yay aylarında Bakıda “İmpuls” adlı qobelen
sərgisi keçirildi. Bu sərginin qobelen sənətinin
inkişafında rolunu necə qiymətləndirirsiniz?
– İlk dəfə qobelen sərgisini 2006-cı ildə
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasın-
da keçirmişdim. Sərgidə beş il ərzində 130-dan
artıq qobelen üç istiqamətdə (böyük işlərlə ya-
naşı, orta və xırda həcmli qobelenlər) nümayiş
etdirilirdi. Yüksək qiymətləndirilən bu sərgi,
bütün iştirakçılarda özünə inamı artırdı və on-
ları gələcəkdə daha maraqlı işlər yaratmağa
yönəltdi.
2012-ci ilin may ayında Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən yüksək səviyyədə təşkil
olunan “İmpuls”adlı qobelen sərgisində biz bir
daha sənətin bu növündə yeni axtarışların şahi-
di olduq. Son illərdə yaradılmış bu qobelenlər
mövzunun seçimində və texniki cəhətdən icra-
sında çox maraqlı işlərin əmələ gəlməsinə səbəb
olub.
–Yaradıcılığınızınilkindövründəki işlərlə in-
diki işləriniz arasında, əsasən, hansı məzmun,
forma fərqlərini müşahidə etmək olar?
– 1969-cu ildə diplom işindən başlayaraq
1980-ci illərədək yaradıcılığımda, əsasən, fiqur-
lu kompozisiyalara daha çox meyilli idim. Bu
illərdə “Çoban rəqsi”, “Məhsul yığımı”, “Trio”,
“Xalqlar dostluğu”, “Abşeron” kimi böyük
həcmli qobelenlər ( Bakı, Moskva, Quba və Sum-
qayıt) sifarişlə işlənilən əsərlərdir. Belə xarak-
terli işlər hər bir rəssamın qarşısında müəyyən
problemlər yaradır. Kompozisiyanın qurulma-
sından başlayaraq hər bir fiqurun və ya xırda
detalların rəsmdə və rəngdə həlli ümumilikdə
layihənin tamamlanmasında əsas, vacib şərtdir.
Bu tipli layihələr rəssamdan yüksək professi-
onallıq və materialın icrasında çox vaxt tələb
edir. Bu, həcmdən asılı olaraq bir neçə ilə yerinə
yetirilə bilər.
Son zamanlar toxuduğum qobelenlərin məz-
munu 1990-cı illərdə respublikada baş verən
1...,48,49,50,51,52,53,54,55,56,57 59,60,61,62,63,64,65,66,67,68,...148