61
Heç ağacdan hazırlanmış rəsm əsəri görmüsünüz? Həmsöhbətimlə tanış olana qədər belə bir
sənətin mövcudluğundan mən də xəbərsiz idim. Bu sənətin sorağı ilə rəssam Cəbrayıl Quliyevin
qalereyasına gəlib çıxdım. Ətraf taxta lövhəciklər, nazik ağac qırıntıları, rəngbərəng ağac yonqarı
və onlardan hazırlanmış heyrətamiz əsərlərlə dolu idi. Rəssamın məşğul olduğu dekorativ-tətbiqi
sənətin bu növü "intarsiya" (italyancadan tərcümədə “daxil etmə”, “taxma”, “calaq” mənasını verir)
adlanır. Ağac vasitəsilə ağac üzərində həyata keçirilən bu sənət neçə əsr bundan əvvəl məlum olsa
da, aktuallığını itirməyib, indinin özündə də bu gözoxşayan məmulatlar kübarlığın göstəricisi
sayılır. Biz də Azərbaycanda bu sənət növü ilə məşğul olan usta Cəbrayıl Quliyevlə intarsiyanın bu
günü, müasir incəsənətdəki yeri barədə danışdıq.
1...,53,54,55,56,57,58,59,60,61,62 64,65,66,67,68,69,70,71,72,73,...148