48
- Bizim nəsildə bu sənətlə məşğul olan yalnız
mənəm. Gənc yaşlarımdan xalçalara marağım
olub. Onların üzərindəki naxışlar, kompozisiya-
lar, rənglərin harmoniyası məni cəlb edib. Məni
həmişə onların hansı məna daşıdığı, nə kəsb etdi-
yi, özündə hansı sirləri gizlətdiyi maraqlandırıb.
- Kolleksiyanızda təxminən nə qədər əntiq xal-
ça var?
- Kolleksiyamda 550 qədim xalça və 230 qədim
kilim var. Burada, demək olar ki, dünyanın hər
yerindən xalçalara rast gəlmək olar. Mən bu xal-
çaları şəhərbəşəhər, kəndbəkənd gəzib toplamı-
şam.
- Yəqin ki, onların arasında Azərbaycan xalça-
ları da az deyil...
- Sözsüz. “Damğalı Qazax”, “Qaraçöp”, “Borça-
lı”, “Sırt Çiçi”, “Malıbəyli” Gəncə, Ağstafa xalça-
ları, “Əjdahalı” sumax, Qarabağ vərnisi, at çulu,
zili kolleksiyamın ən dəyərli nümunələridir.
- Azərbaycan xalçalarını digər xalçalardan
fərqləndirən nədir?
- Azərbaycan xalçaları digər xalçalardan, ilk
növbədə, toxunma texnologiyası və keyfiyyətinə
görə fərqlənir. Bundan başqa, sizin xalçaların
ipləri təbii boyalarla boyanıb. Onlarınmodelləri və
tərtibatı da seçilir. Bu sənətdə ən mühüm məsələ
xalçaların üzərindəki motivlərin, elementlərin
Vərni. Yun. Xovsuz. 225x140. 1902-ci il.
Qarabağ qrupu. Azərbaycan.
1...,40,41,42,43,44,45,46,47,48,49 51,52,53,54,55,56,57,58,59,60,...148