50
- Dünyada əl ilə toxunan xalçalara tələbat daha çoxdur. Çünki bu, ağır zəhmət səbir tələb
edən işdir. Ona görə də çoxları bu sənətin sirlərinə yiyələnmək istəmirlər, bu sənətə maraq
göstərmirlər. Bilik də vacib rol oynayır. Sənət elədir ki, onu gərək dərindən biləsən və daim
bilgilərini artırasan.
- Son dövrlər evlərin interyeri modern üslubda qurulur. İnsanlar evlərində xalça görmək
istəyirlərmi?
- Düzdür, son zamanlar insanlar evlərindəki modern interyerə uyğun gələn modern
çeşnilər seçirlər. Bilirsiz, yeni nəsil qədim çeşnilərə maraq göstərmir. Onlar əsl sənət
əsərlərini qiymətləndirə bilmirlər, sadəcə, müasirlik dalınca qaçırlar. Bayaq qeyd etdiyim
kimi, bu sənətə biganəlik, etinasızlıq məlumatsızlıqdan irəli gəlir.
- Xalça sizinçün nədir – sadəcə bir gəlir mənbəyi, yoxsa xobbi?
- Hər şeydən əvvəl demək istəyirəm ki, mən gördüyüm işə aşiqəm. Düzdür, xalçaçılıqla
məşğul olmağa başlayanda bu işə ticarət kimi baxırdım. Amma zaman keçdikcə, gəzə-gəzə,
görə-görə, öyrənə-öyrənə bu işi xobbi kimi də yox, bir sənət olaraq kəşf etdim, sevdim.
1...,42,43,44,45,46,47,48,49,50,51 53,54,55,56,57,58,59,60,61,62,...148