65
dır. Ağacla təmasda olanda, onun bütün
müsbət enerjisi sənə keçir. Ağac istidir,
nəfəs alır, canlıdır. Heç bilirsiz, ağacların
üzərində müxtəlif səbəblərdən yaranmış
ləkələrdə nə qədər təsvir var? Hətta onların
üzərindəki girinti-çıxıntılardan belə, naxış
kimi istifadə etmək olar. Əsas odur ki, bu
incəlikləri görüb tətbiq etməyi bacarasan.
– Bəs rəngləri necə əldə edirsiniz?
– Həmişə ağacların təbii rənglərindən isti­
fadə edirəm. Mənim palitram –ağacların öz
rənglərindən ibarətdir. 70 ağac növündən
istifadə edirəm. Onların arasında yerli ağac-
larla bərabər Afrikadan, eləcə də Cənubi
Amerikadan gəlmə ağaclar var. Əvvəllər
isə, əsasən, Moskvadan gətirilən ağaclar-
dan istifadə edirdim. Demək olar ki, bütün
meyvə ağaclarını (heyva, albalı, nar və s.)
işlədirəm. Elə ağac var ki, emaldan sonra
rəngi dəyişir, eləsi də var ki, dəyişmir.
– İstənilən ağacdan rəng almaq müm-
kündür?
– Azərbaycanın təbiəti çox zəngindir.
Təkcə qoz ağacından 20-ə yaxın rəng al-
maq mümkündür. Ağacların rəngləri onla-
rın harada və hansı şəraitdə bitməsindən,
böyüməsindən asılıdır. Gündə və kölgədə
bitən ağacların rəngləri müxtəlif olur. Ağa-
cın oduncağının iç qatlarına getdikcə onun
rəngi tündləşir. Müxtəlif yerlərdə bitən
eyni ağac növləri arasında da fərq var. Bu,
həmin zonanın təbiətindən, havasından,
günəşin düşmə bucağından asılı ola bilər.
Amerika qoz ağacı ilə yerli qoz ağacının
rəngləri arasında nəzərəçarpacaq dərəcədə
fərq var. Eləcə də palıd ağacı... Amerika,
Rusiya və bizim palıdı yan-yana qoysanız,
tamamilə başqa rənglərlə qarşılaşacaqsınız.
Ağacların yaşlı, cavan olması da onların
rənglərinə təsir edir. Əsərlərimdən birində
52 ağac növündən istifadə etmişəm. Bu
əsər vasitəsilə ağacların rənglərini, xarak-
teristikasını göstərmək istəmişəm. Əsərdə
elə incəliklər var ki, onu ancaq özüm
bilirəm. Amma elə rənglər var ki, onları
ala bilmirəm. Təmiz ağ, qara, mavi, göy,
yaşıl rəngləri ala bilməsəm də, rəngləri
bir-biri ilə sintez edərək istədiyim rəngləri
hazırlayıram. Ya da süjeti elə qururam ki,
o rənglərə ehtiyac qalmasın. Çünki intarsi-
yada rənglərin tətbiqi vacib deyil. Hər şey
süjetdən asılıdır.
1...,57,58,59,60,61,62,63,64,65,66 68,69,70,71,72,73,74,75,76,77,...148