66
– Yaradıcılığınızda hansısa mövzu üstünlük
təşkil edirmi?
– Bunu demək çətindir. Bu sənətə ilk başla-
yanda kiçik ölçülü və daha çox Abşeron motivli
peyzajlar hazırlayırdım. İndi müxtəlif mövzu-
larda işləyə bilirəm. Eyni vaxtda bir neçə əsər
üzərində işləyirəm. Birindən yorulanda, o birinə
keçirəm. İndiyə kimi yüzlərlə əsər yaratmışam.
– Əsərlərinizin satışını necə təşkil edirsiniz?
– Altı-yeddi il əsərlərimi satmadım. Elə bi-
lirdim ki, onları satsam, daha heç bir iş görə
bilməyəcəyəm. Sonra bir dostumunməsləhəti ilə
əsərlərimi satmaq qərarına gəldim. Yaratdığımız
əsərlər həm onları bəyənənlərin evində yaşama-
lıdır, həm də bu sənətlə davamlı məşğul olmaq
üçün maddi gəlir lazımdır. Əsərləri sərgilərdə
nümayiş etdirəndə tez satılır. Amma qalereya-
lara çox az əsər verirəm. Çünki qalereyalarda
rəngkarlıq, heykəltəraşlıq, qrafika işləri bərabər
nümayiş olunur. İntarsiya, daha çox, dekorativ-
tətbiqi sənətə yaxındır. Ona görə də onlar bir-
birinin yanında baxılmır. Sifarişlərim olur – yerli
və xarici vətəndaşlara sifarişli əsərlər hazırlayı-
ram. Xaricilər, daha çox, milli ornamentlərimizin
əks olunduğu əsərlərlə maraqlanırlar.
–Qalereyanızda xalça toxunuşunu əks etdirən
əsəriniz diqqətimi çəkdi. Yaradıcılığınızda xal-
ça mövzusu nə kimi rol oynayır?
– Xalça sənəti Azərbaycanın qədim və milli
sənətidir. Xalçaların rəngarəngliyi, ümumi ener-
jisi məni hər zaman özünə cəlb edib. Xalça ilə
1...,58,59,60,61,62,63,64,65,66,67 69,70,71,72,73,74,75,76,77,78,...148