111
Şirvan mahallarında üstünlük təşkil etmişdir.
Mənbələr çarvadar dəvəçiliyinin nə vaxt ya-
ranması haqqında dəqiq fikir söyləməyə imkan
vermir. Ehtimal ki, ölkədə ticarətin inkişafı, qon-
şu ölkələrlə iqtisadi əlaqələrin genişlənməsi ilə
əlaqədar olaraq xüsusi çarvadarlıq peşəsi – çar-
vadar dəvəçiliyi yaranmışdır. Daima öz dəvəsi
ilə yük daşıyıb, güzəran keçirən dəvəçilər çarva-
dar adlanırdılar.
Dəvəçilik qoyunçuluqla yaxşı uzlaşdığın-
dan köçmə maldarlar təsərrüfatlarında həmişə
kifayət qədər dəvə saxlayır, ondan yük nəqliyyat
vasitəsi kimi istifadə edirdilər. Mənbə və et-
noqrafik materiallar göstərir ki, Azərbaycanda
dəvəçilik müstəqil təsərrüfat sahəsi olmamış,
həmişə qoyunçuluq və əkinçiliklə bağlı olmuş-
dur. Xüsusilə qoyunçuluqla bağlı dəvəçilik eyni
zamanda çarvadar dəvəçiliyinin bazasını təşkil
etmişdir. İl boyu yüklənən dəvələrdə doğum, ar-
tım az olduğundan, dəvəsi ölən, qocalan çarva-
darlar dəvəni qoyunçulardan, xüsusilə tərəkəmə
və elatlardan satın alırdılar.
Dəvə öz həyat tərzi baxı-
mından, insanlara münasibəti
çox həssas, diqqətli və prin-
sipialdır. Dəvələr məhəbbət
və kinlərində dönməzdirlər;
sahibinin səmimiyyətini çox
asanlıqla başa düşür, onu tez
eşidir, göstərişlərini yerinə
yetirir. Dəvə ilə sahibi arasın-
da səmimiyyət olanda o hətta sahibinin kədərinə
belə şərik kəsilə bilir. Örüşdə otlayan dəvə sa-
hibinin ölümünü duyur şenliyə gəlir, bikefləyir.
Balası, sahibi ölmüş, cənazə yüklənmiş dəvə
tükürpədici kədərli səslə bozlayır, uzun
müddət, bu hadisəni unutmur; ac-susuz qa-
lır, kədərli gəzir. Bununla bərabər, dəvələr ko-
budluğa, təhqirə qarşı da son dərəcə kinlidir.
Azərbaycan zərb misalındakı unudlumaz, ba-
ğışlanmaz “dəvə kini” ifadəsi də buradan yaran-
mışdır. Dəvələr ömür boyu kinini unutmur. Kin
bəslədiyi adama qarşı, həmişə qisas üçünməqam
gözləyir. Ən çox gözünə vurduqda əsəbiləşir, kin
bəsləyir, intiqam hissi ilə yaşayır. İntiqam almaq
məqsədilə adam öldürdükdə cənazədən qaçmır,
onun ətrafında cövlan edir. Ancaq erkək dəvələr
qızarkən səhvən adam öldürdükdə dərhal ora-
dan uzaqlaşır, öz səhvinə görə uzun müddət
kədərli gəzir, hətta belə kədərdən ölənləri də
olur. Ona görə də sahibləri həmişə dəvə ilə
münasibətdə mülayim olmağa, kobudluğa yol
verməməyə çalışırlar. Dəvələrin hadisələrə,
sahibinə qarşı yüksək həssaslığı uzaqmənzilli
karvanda həmişə sahibinin karına gəlir.
XIX əsrin son rübünə qədər dəvəAzərbaycanda
başlıca yük nəqliyyat vasitəsi olmuş, qonşu
ölkələrlə ticarət əlaqələri, birinci növbədə neft
ticarəti dəvə karvanları vasitəsilə aparılmışdır.
Adətən karvanda 30-40 dəvə olurdu. Onlar qa-
tara bölünürdü. Yeddi dəvə
bir qatar adlanırdı. Hər qa-
tara ayrıca nökər baxırdı.
Bundan başqa, karvanda
baş nökər və bir cilovdar da
olurdu. Karvana karvanba-
şı rəhbərlik edirdi. Dəvələr
karvana işləkliyinə, duyu-
muna və dözümünə görə qo-
şulurdu. İşlək yolu yaxşı bilən, orta yerişli dəvə
karvanın önündə olurdu. Karvanda dəvələrin
boynundan zınqırov asılırdı. Dəvə karvandan
açılıb qalanda onun yeri bu zınqırov vasitəsilə
müəyyənləşdirilirdi.
Dəvələr bir dəfə keçdikləri yolu heç vaxt unut-
mur. Bəzən sarvan özünə güvənib kəsə yolla
gedəndə, bəzən də gecə yuxulayıb karvanı yo-
lundan sapdırırdı. Belə vaxtlarda yolu tapmaqda
Şəddə fraqmenti. Yun. Xovsuz. 1800-cü il.
Naxçıvan qrupu. Azərbaycan.
1...,103,104,105,106,107,108,109,110,111,112 114,115,116,117,118,119,120,121,122,123,...147