143
istiqamətindəki ilə burulur, və ‘Z3S’ Z4S’, və
sair; çünki Məmlük və Qahirə saray xalçala-
rı əks metodla konstruksiya edilir. Məmlük
xalçasının ərişinin təsviri “S2Z” oxuna bilər.
Boyaqlar
Şərq xalçalarının rəngləri başlanğıc
dövründə yalnız və yalnız bitki, təbii mi-
neral və həşərat mənbələrindən alınırdı.
1860-cı illərdə isə sintetik boyaqlar təqdim
edilməyə, qırımızı və çəhrayı qırmızının
“qırmız” (cochineal) adlanan müxtəlif ça-
larlarının daha geniş yayılmış istifadəsinə
başlandı.
Sintetik rənglər yavaş-yavaş təbii rəngləri
sıxışdırıb aradan çıxardı və indi çox az sayda
Şərq xalçaları var ki, onlarda bitki mənşəli
boyalardan istifadə edilib. Qeyd edilməlidir
ki, Şərqdə bəzi hökumətlərin yeri gəldikdə
iqtisadi sanksiyalardan və sintetik boyaların
istifadəsi zamanı tutularkən boyaqçıların
və toxucuların şikəst hala gətirilməsi kimi
cəhdlər belə çox az nəticə verdi. Toxucuların
özü xalçalarında peyda olan parlaq çəhrayı-
bənövşəyi, bənövşəyi, çəhrayı, qırmızı, na-
rıncı və yaşıl rənglərdən həzz alırdılar. Bu
rəngləri əvvəllər qənaətlə istifadə edirdilər
(əvvəllər sintetik boyaqlar çox baha idi),
amma sonralar boyaq maddələri ucuzlaşdı-
ğı və asan tapıldığı üçün daha çox istifadə
edilirdi.
Təəssüf ki, ilkin boyaqların çoxu tez və
çox pis solur, rəngini dəyişirdi, yaş olanda
pis şəkildə axırdı; sonrakı xrom (sarı bo-
yaq) əsaslı boyaqların çoxu daha möhkəm
və suya davamlı olsa da, kobud və qeyri-
zərif idilər. Əslində çox cazibədar görünən,
amma vahiməli bir narıncı və ya fluoresent
çəhrayının daxil edilməsi ilə korlanan Qaf-
qaz xalçasını görmək bir çox kolleksiyaçıla-
rın sintetik boyaqdan istifadə edilərək toxu-
nan əsərlərdən mümkün qədər niyə boyun
qaçırdığını başa düşmək üçün kifayət edir.
Etiraf etmək lazımdır ki, çox sayda di-
ler və kolleksiyaçılar bəzi əsaslarla sübut
etməyə çalışırlar ki, ciddi kolleksiyaçıların
sintetik boyaqlardan istifadə edilərək to-
xunan əsərlərə olan nifrəti, ola bilsin ki, bir
az daha uzağa gedib, amma onlar iki oxşar
əsəri almaq ehtimalı ilə üz-üzə qalıblar: on-
lardan biri tamamilə təbii boyaqlarla, digəri
isə bir və ya daha çox sintetik rəngdən
istifadə edilərək toxunmuş olur. Hətta onlar
da bu iki nümunənin hansını almağın daha
məsləhətli olduğu barədə razılığa gəlirlər.
Bəzi dilerlərin dilə gətirdiyi və çox doğru
olan məsələlərdən biri də odur ki, bir çox
qəbilə və kənd qrupları, xüsusilə də müxtəlif
Türkmən və Bəlx xalqları kimi köçəri
qəbilələr çox zaman sintetik rənglərdən
oturaq qruplarla müqayisədə daha çox
istifadə ediblər. Belə ki, XIX əsrin son iki
onilliyində çoxlu sayda xalçada əhəmiyyətli
dərəcədə sintetik rənglərdən istifadə edilsə
də (deyilənlər xüsusilə İran şəhər toxuculu-
ğuna və Türk kənd xalçalarına aiddir), ta-
rix baxımından, ola bilsin ki, daha sonrala-
ra aid olan və müxtəlif adamlar tərəfindən
toxunan başqa əsərlərdə sintetik boyaqlar
yoxdur.
Məsələn, mənim kolleksiyamda hicri ta-
rixi ilə 1343-cü il tarixli (eramızın 1924-cü
ili) bir Bəlx xalçası var. Bu xalçada sintetik
rənglərdən istifadə edilməyib. Amma kol-
leksiyamda olan və çox güman ki, 1880 və
1900-cı illər arasında toxunmuş Bəlx toxu-
culuğundan digər nümunələrdə az miqdar-
da sintetik rənglərdən, adətən ilkin aniline
Fuchsine – istifadə olunub; ən əvvəl bu,
solaraq ağ, fil sümüyü rənginə və sarı-dar-
çın rənginə çevrilən açıq-çəhrayı-bənövşəyi
rəng olub. Üstündə tarix işlənmiş xalçala-
ra əlavə rəy kimi, biz bir qobelen xalçanın
uzununa bir hissəsinin təsvirini veririk. Bu
xalça bəzi alimlər tərəfindən Anadoluya,
digərləri tərəfindən Azərbaycana və bəziləri
tərəfindən daha şərqə - Dağıstana aid edi-
lir. Onun üstündə 1830-cu illərin tarixi var,
amma toxunuşunda ilk sintetik rəng olan
Fuchsinedən istifadə edilib. Halbuki bu
sintetik rəng 1850-ci illərədək kəşf olunma-
mışdı və ehtimal olunur ki, 1870-ci illərədək
Şərq toxucuları tərəfindən istifadə olunma-
mışdı!
1...,135,136,137,138,139,140,141,142,143,144 146,147