142
gəlirsən ki, bütün qədimlik əlamətlərini
özündə daşıyır, lakin üstündəki tarix 1890
və 1910-cu illər arası bir dövrü göstərir. Erd-
man özünün “Yeddi yüz il”-ində çox gözəl
rənglərə və dizayna malik bir Qazax namaz-
lıq xalçasını işıqlandırmaqla bu məsələyə to-
xunur. Bu xalçanın üstündə 1913-cü il tarixi
göstərilib – “Yazısı olmasaydı, bu xalçaya bir
neçə on il daha çox yaş verilərdi.”
"Qasımuşağı" adlanan növlər kimi
müəyyən qruplarda ən qədim tarixə ma-
lik nümunələrlə (1860-ci illərin sonu) 1910-
1920-ci illərə məxsus nümunələr arasın-
da keyfiyyət, demək olar ki, dəyişməyib;
Yalnız üstündə 1920 və 1930-cu illər qeyd
edilmiş nümunələrin rəng, kompozisiya
və toxunuşunda həqiqətən nəzərə çarpan
pisləşmə hiss edirik. Yanlış tarix qoymağın
mümkünlüyündən əlavə, Ərəb rəqəmləri
ilə ifadə olunmuş tarixləri oxuyarkən və
transkripsiyasını verərkən bir neçə digər
məqamları yadda saxlamaq lazımdır. Birin-
cisi odur ki, tarixlər çox vaxt güzgü təsviri
ilə yazılır və 1311 tarixi 1131-ə çevrilir (çox
zaman tarix düzgün güzgü təsviri ilə deyil,
sadəcə səhv yolla yazılır). Bəzi hallarda sıfır
atılır və 1310 olur 131. Sıfır tarixin ortasın-
da gələndə bu daha çaşdırıcı olur – belə ol-
duqda 129 ya 1209, ya da 1290 ola bilər (məs.
eramızın 1794-cü ili və ya 1873-cü ili); Sıfır
atılmayıbsa, çox zaman dairə və romb for-
masında deyil, nöqtə kimi ifadə edilir.
Qeyd etmək lazımdır ki, bəzən miladi
təqvimində tarix şərq ərəb rəqəmləri ilə
göstərilir. Üstündə tarixin yanlış (fiqurlar,
ərəb yazıları - soldan sağa, fərqli hərflər –
sağdan sola) yollarla yazıldığı xalçaların
çox vaxt qədim xalçaların surəti olduğu və
dizaynın köhnə əsərlərin arxasından köçü-
rüldüyü güman edilir. Burda bəzi həqiqətlər
ola bilər, amma bunlar hələ də sübut olun-
mamış şəkildə qalır.
İslam təqvimi Hicri tarixi ilə 1-ci ildən
başlanır; bu, eramızın 622-ci il 16 iyul
Məhəmməd
Peyğəmbərin
Məkkədən
Mədinəyə ziyarətinin başlanğıcını göstərir.
Bundan əlavə, Məhəmməd ili miladi ilinə
nisbətən cüzi şəkildə qısadır və bu, 33.7
ildən bir “bir gün” deməkdir. İslam tarixini
cəld və təxmini çevirmək üçün 583 əlavə et;
Dəqiq metod üçün isə İslam tarixini 33.7-yə
böl, nəticələri çıx və sonra 622 əlavə et...
struktur
Qafqaz xovlu xalçalarının çoxunun əriş və
arğaçı simmetrik ilmə (həm də Türk və ya
Gördəst ilməsi adlanır) ilə toxunur, xovu
yun olur. Çox az – əslində Keyr kolleksi-
yasından yuxarıda haqqında danışılan yal-
nız iki xalça asimmetrik (İran, ya da Senna)
ilməyə malikdir və yalnız iki xalçanın xovu
ipəkdəndir.
Əhəmiyyətli sayda Qafqaz xalçalar ya
pam­bıq, ya da yarı pambıq əsasa malikdir və
spesifik növlü bir neçə xalça, məsələn “Qal-
xan” qrupu tamamilə və ya yarıipək əsas
üstündə toxunan yun xovlara malikdir. Qaf-
qaz xalçalarının çoxunun konstruksiyasında
arğacın növbələşən ərişlərin üzərindən bərk
dartılması nəticəsində əmələ gələn sıxılmış
əriş var; hər ilmə sırasının arasında bir, ya
iki arğac olur (arğac “zoğları”). Qazax xalça-
ları müstəsnadır; onların bütün ərişləri eyni
səviyyədə dartılıb və ona görə də bir hamar-
lıqda olurlar; həm də çox arğaclıdırlar.
Müxtəlif növ və qrupların müzakirəsi za-
manı biz tez-tez ‘Z2S`; ‘Z3S’ kimi ifadələrə
müraciət edəcəyik. Təkqat sapların hazırlan-
masında yun saat əqrəbinə əks istiqamətdə
əyrilir; ona daha çox elastiklik vermək üçün
sonra iki və daha çox ip telləri saat əqrəbi
istiqamətində onunla birgə burulur. Belə ki,
“S” və “Z” toxuculuq strukturu lüğətində
adətən saat əqrəbi istiqamətində və saat
əqrəbinə əks istiqamətdə ifadələrin əvəzinə
işlənir. XV əsrə məxsus Misir Məmlük xal-
çaları, sonrakı Qahirə saray xalçaları və XIX
əsr müəyyən Türk ipək xalçaları istisna ol-
maqla, Şərq xalçalarında istifadə edilən bü-
tün yun və ipək bu yolla konstruksiya edilir.
Ona görə də “Z2S” o mənanı verir ki,
bütöv xalçanı və ya onun bir hissəsini ya-
ratmaq üçün istifadə edilən yunun isteh-
sal prosesində iki tək ip saat əqrəbinin
əks istiqamətində əyrilir və saat əqrəbi
1...,134,135,136,137,138,139,140,141,142,143 145,146,147