137
qədim nümunələri XVIII əsrə aid edi-
lir. Bu qruplardan ikisi – Harşəng və
Əfşan adlanan xalçalar “ŞahAbbas”, ya
da “Herat” xalçaları ilə əlaqələndirilə
bilər. Bu xalçalar təkcə şərqi İran-
da deyil, şimal-qərbi İranda, başqa
sözlə XVIII əsrədək İrana daxil olan
Azərbaycan və Qarabağ ərazilərində
kürdlər və başqaları tərəfindən isteh-
sal olunub. Həm də müxtəlif formalı
nəhəng palmet kompozisiyası ilə to-
xunmuş, nəhəng “lansoleyt” yarpaqla-
rı ilə haşiyələnmiş, İran “vaza” motivli
xalçalarının əyalət versiyası olduğu ay-
dın görünən bir neçə xalça günümüzə
gəlib çıxıb.
Bundan əlavə, Ellis tərəfindən isti-
nad edilən qruplar var ki, bura “Tənək
yarpaqlı palmetli xalçalar” və “Günəş
partlayışı” xalçaları, dörd əyilən zolaq
əlavələri (kiçik zolaqlar) olan böyük al-
tıbucaqlı və ya rombşəkilli medalyon-
lu Quba xalçaları adlanan nümunələr,
və böyük heraldik lotos palmetlərin
təkrarlanan cərgələri olan “Qalxan”
qrupu daxildir.
Həm də bəzi “qəribəliklər” var. Bura
yuxarıda bəhs edilən heyvan motiv-
li və ovçu xalçaları daxildir və onlar
Səfəvi “Portuqaliya” xalçalarının Qaf-
qaz interpretasiyası kimi ortaya çıxır
və Şürmanın kitabındakı təsvirdən
sonra məşhurlaşan və 1977-ci ildə
13
Londonda keçirilən hərracda Qüds (Je-
rusalem) Meyer Fondu tərəfindən alı-
nan bu xalçanın nadir “ağaclı” xalçası
olduğu meydana çıxır.
Bu qrupların bir çoxuXIX əsr boyunca
və XX əsr də daxil olmaqla yaradılmaq-
da davam etdi. Kompozisiyalara mexa-
niki baxış isə artmaqda idi. Məsələn n.
308, 310, 311 və 312 kimi təkrar istehsal
edilən xalçaların hamısı (n. 308-in is-
tisna olması mümkündür. Bu nümunə
XIX əsrin birinci yarısına və ya, bəlkə
də, XVIII əsrin sonuna aid edilə bilər)
XIX əsrin sonuna və ya daha sonrakı
dövrə aiddir. Əlavə etmək lazımdır ki,
sonralar istehsal edilmiş bu əsərlərin
hamısı alimlərin çoxu tərəfindən Qu-
baya (şimal-şərqi Qafqaz) aid edilir.
Bu da onu göstərir ki, bundan əvvəl is-
tehsal edilmiş və XVIII əsrin sonu, XIX
əsrin əvvəllərinə aid edilən nümunələr
də burda toxunmuş ola bilər. Bununla
belə, Çarlz Qrant Ellisin ifadə etdiyi
kimi, 4 əyri zolağı olan altıbucaqlı və
rombşəkilli medalyonlu xalçalar bazar-
da Quba xalçaları kimi tanınsa da, tam
ehtimalla Qarabağın Şuşa ərazisinə
Xalça. Yun. Xovlu.
315x160. XIX əsrin
sonları. Kitabda (s.130)
Yerevan adı ilə verilib.
Əslində Şirvan qrupu-
na (Azərbaycan) aiddir.
13
‘Portuguese’ tipli iki nümunə Ellis-də işıqlandırılıb, op. cit., plates 31(Metropoliten Museyi) və 32
(Toxuculuq Museyi). Nadir “ağac” xalçası Ulrik Şurmann tərəfindən nəşr edilib,Caucasian Rugs, Bas-
ingstoke, 1974, no. 2. Sonra o, London bazarına çıxarıldı, Lefevre və partnyorları tərəfindən hərracda
satıldı. 20 May 1977, lot 4. Jin Lefevr tərəfindən, op. cit., pp. 28-29 və Riçard Etinqhausen tərəfindən nəşr
edilmişdir, Ancient Carpets from the Collection of the L.A. Mayer Memorial İnstitute for Islamic Art,
Jerusalem, 1977, no. 10.
1...,129,130,131,132,133,134,135,136,137,138 140,141,142,143,144,145,146,147