139
Ənənəvi olaraq, bu növ xalçalar Erd-
manı
18
çıxmaq şərtilə, alimlərin çoxu
tərəfindən Şərqi Qafqaza, ehtimala
görə Şirvan və Qubaya aid edilib; ha-
zırkı fikir Şirvanın xeyrinə səslənir. Bu
əsərlərin çoxunun üstündə olan burul-
muş yarpaq haşiyəsinin mövcudluğu
Türkmən köçərilərinin XVII əsrin or-
talarından və Təkkə türkmənlərinin
ən azından XVIII əsrin əvvəllərindən
Qafqazda olması ilə bağlıdır; “Qalxan”
palmetinin özü bir çox hallarda İran və
Türk toxuculuğuna gedib çıxır və onla-
rın ən qədimi XIV əsrə aid edilə bilər.
Qafqaz xalçalarında göründüyü kimi,
bu, başqa sözlə lotos palmetinin for-
mal, demək olar ki, heraldik təsviridir.
İndiyədək bəhs etdiyimiz xalçalar
klassik Qafqaz xalçalarını təşkil edir;
amma onların tarixi mübahisəlidir
və çox güman ki, belə də qalacaq.
Amma çoxu 1800-cü ildən əvvələ aid
edilə bilər. Belə bir fərziyyə də irəli
sürmək mümkündür ki, onlar Osman-
lı, Səfəvi və Moğol saray manufaktura-
larına kimi müxtəlif Qafqaz xanlıqları
tərəfindən yaradılmış emalatxanalar-
da istehsal olunub; xalçaların çoxu-
nun ölçüsü və həm də dizaynlarının
mürəkkəbliyi onların köçəri və ya yerli
kənd mühitində toxunmasınının müm-
künlüyünü qətiyyətlə inkar edir.
XIX əsrdə İran, Qafqaz və Mərkəzi
Asiya boyunca dəyişməkdə olan iqti-
sadi və siyasi vəziyyət həm kübar, həm
də şah himayəsinin, qəbilə və kənd
toxuculuğunun (əlbəttə ki, ilk əvvəl
yerli istehlak üçün istehsal olunan)
əlaqəli çiçəklənməsinin pisləşməsinə
səbəb oldu; ardınca isə müharibələr,
köçürmələr və qəbilə avtonomlarının
təşkil olunmuş şəkildə dağıdılması
nəticəsində toxuculuğun inkişafının
eyni sürətlə pisləşməsinə səbəb oldu.
Eyni zamanda, əvvəlcə İranda, sonra isə
Türkiyə, Qafqaz və Hindistan boyun-
ca öz məhsullarını ­şablonlaşdırmağa
və doğma ənənə­lər­də yad bazarla-
rın (xüsusilə də İngiltərə, Almaniya
və Birləşmiş Ştatlar) təsiri ilə qəribə
və üslub dəyişikliklərinə meylli olan
kommersiya fabrikləri yaradıldı. Artıq
siyasi qüvvələr tərəfindən başlanmış
şərq toxuculuğunun bu kommersiya-
laşması sintetik boyaların və maşınla
toxunmuş iplərin təqdimatından son-
ra daha da sürətləndi. Təəccüblüdür
ki, bir çox qəbilə və kənd qrupları bu
təzyiqlərə XX əsrə qədər müqavimət
göstərməyə davam etdilər.
Əlbəttə ki, adətən “klassik” adlanan
xalçalarla “kənd” məhsulları arasında
kəskin və səliqəli bir bölgü xətti yox-
dur. F.R. Martinin ardınca, 1800
19
-cü
il bir çox konservativ kolleksiyaçıların
“pisi yaxşıdan seçmək” üçün ən mü-
nasib olduğunu düşündükləri tarix-
dir (ümumilikdə, bu həm də tətbiqi
sənətin bir çox sahələrində belədir).
Bununla belə, XX əsrin bir çox kol-
leksiyaçılarının, xüsusilə də Jozef V.
McMullanın fəaliyyəti belə bir fikir
mühiti yaratdı ki, kənd və qəbilə xalça-
ları klassik xalçalarla ən azından eyni
hörmətə layiqdirlər. Bu, haradasa ge-
niş və rəqabətli bazar yarada biləcək
qədər klassik xalçaların olmamasına
görə, az da olsa kinayəli görünsə də,
həmdə çoxlu sayda gənc tacirlərin, kol-
leksiyaçıların və yazıçıların qəbilə və
kənd adamlarının antropologiyası və
tarixinə cəlb edilmələrinin artmasıını
əks etdirir. Deməyə ehtiyac qalmır ki,
hazırkı cildin məzmunu daha çox qərb
xalça kolleksiyaçıları arasında müasir
zövqlər və narahatlıqların ifadəsidir.
Qafqaz kənd toxuçuluğunun ciddi
klassifikasiyası yalnız 1960-cı illərdə
başlayıb və qərbdə dilerlər və kolleksi-
yaçılar tərəfindən işlədilən mövzunun
terminologiyası əsasən sovet alimi Lətif
Kərimovun işlərinə əsaslanır. Alman
yazıçısı Ulrik Şürman özünün 1965-ci
ildə nəşr edilmiş “Qafqaz xalçaları” ki-
tabında Kərimovun 1961-ci ildə Bakı-
da rus dilində buraxılan “Azərbaycan
18
Erdmann, op. cit., iki nümunəni ‘Caucasian-North West Persian’ kimi təsvir edir, mənbənin Qarabağ
olduğu fikrini irəli sürür. O təklif edir ki,kompozisiya Səfəvi herat xalçalarından götürülüb.
19
F.R. Martin, A History of Oriental Carpets before 1800, Vienna, 1908
1...,131,132,133,134,135,136,137,138,139,140 142,143,144,145,146,147