138
məxsusdur. Belə görünə bilər ki, sanki
yalnızHarşəng vəƏfşannaxışlı xalçalar
Qubada tam əminliklə demək olar ki,
XVIII əsrin ikinci yarısında (bəzilərinin
1790 və 1840-cı illərə aid olduğu bildi-
rilir) yaradılan emalatxanalarda isteh-
sal edilib. Bir daha qeyd edək ki, Ellis
bu əsərləri də Şuşaya aid etməyi üstün
tutur, amma bunlarla Qarabağ toxucu-
luğu arasında cüzi tarix fərqi olsa da
(sonrakı dövr nəzərdə tutulur), niyə
bu qədər az əlaqə olduğunu izah etmir.
Erkən Qafqaz “vaza,” Harşəng və
Əfşan xalçalarının çoxu tam yun əsasa
malik olur və bir kvadrat dm-ə 800-1200
arası (bir kvadrat düymə 50 - 80) ilmə
düşür. Bəzilərinin əsası isə ya tamamilə
pambıq, ya da bir hissəsi pambıq olur.
Bütün nümunələr Türk ilməsi ilə to-
xunub. Keyr kolleksiyasında Harşəng
tərtibatlı maraqlı bir xalçada isə İran
ilməsindən istifadə edilib;
14
o isə
tərtibat baxımından Qafqaz Harşəng
xalçalarının çoxuna o qədər yaxındır ki,
onun İran məhsulu olmasına inanmaq
çox çətindir, amma belə hiss edirik ki,
olmalıdır. Qeyd etmək maraqlı olar-
dı ki, Keyr kolleksiyasında da aydın
nəzərə çarpan bir Qafqaz qəribəliyi var;
mərkəzində medalyon olan və otluqda
heyvanlar təsvir edilmiş ipək xalça; ay-
dın görünür ki, Səfəvi heyvan motivli
və ovçu xalçalarına əsaslanır
15
. Bu əsər
də İran ilməsi ilə toxunub və Qafqaza
aid edilən toxunmuş iki ipək xovlu xal-
çadan biridir; digəri isə Türk ilməsi ilə
toxunmuş və Şürman tərəfindən Qaza-
xa aid edilən qırmızı yerlikli namazlıq
xalçasıdır (hicri 1210 – b.e.-nın 1795-ci
ili)
16
. Ola bilər ki, hər iki Keyr xalçası
şimal-qərbi İrana aid edilsin, amma hər
bir halda onlar yalnız stilə əsaslanan
təyinat aparanlar üçün xətalar nümayiş
etdirir.
Qədim Qafqaz xalçaları qrupların-
dan ən maraqlılarından biri “qalxan”
palmet kompozisiyasına malikdir və o,
bu yaxınlarda təfsilatlı tədqiqata məruz
qalıb
17
. Qrup bir neçə baxımdan mara-
ğa səbəb olur, amma bir kompozisiya
xüsusiyyəti əsas maraq nöqtəsidir. Bu,
indi Təkkə Türkmənə (həmin dizayn
şübhəsiz ki, əsas Təkkə xalçaları hesab
edilən məhsulların kiçik bir qismində
aşkar edilib ) aid edilən quş və heyvan-
ağac “asmalıq” qrupunda rast gəlinən
haşiyələrə bənzəyən “buruq-yarpaq”
qıvrım haşiyədir. Digər xüsusiyyət
isə strukturla bağlıdır: demək olar ki,
bütün nümunələr ipək üzərində to-
xunub. Bu xüsusiyyət XIX əsr Şimali
Qafqaz namazlıq xalçaları və əvvəldə
qeyd etdiyimiz kimi, indi Metropoliten
İncəsənət Muzeyində McMullan kol-
leksiyasından olan nadir əjdaha motivli
xalça tərəfindən bölüşür.
Xalça. Yun. Xovlu.
330x128. XIX əsrin
sonları, XX əsrin
əvvəlləri. Kitabda
(s.131) Yerevan adı ilə
verilib. Əslində Gəncə
qrupuna (Azərbaycan)
aiddir.
14
Cf. Friedrch Spuhler, Islamic Carpets and textiles in the Keir Colletion, London, 1978, no. 69.
15
Cf. Spuhler, op. cit., no. 70.
16
Schürmann, op. cit., no. 7.
17
Robert Pinner and Maykl Franses,“Caucasian Shield Carpets”, Hali-da, vol. 1, no. 1, Spring, 1978,
pp. 4-22.
1...,130,131,132,133,134,135,136,137,138,139 141,142,143,144,145,146,147