135
günümüzə gəlib çatmadığından, belə
güman etmək olur ki, əslində əjdaha
motivli xalçalar üçün stimul heç də
daha qədim Qafqaz qrupu xalçaları de-
yil, Səfəvi İran saray manufakturaları-
nın daha çox inkişaf etmiş və mürəkkəb
məhsulları olub*. Əjdaha motivli xal-
çalar Səfəvi heyvan və “vaza” motivli
xalçalarının cəsarətli və güclü əyalət
təsvirini təmsil edir. Belə fikir var ki,
onlar mərkəzi İranda – Kaşan və Kir-
manda yaradılmış emalatxanalarda is-
tehsal edilmişdir.
Daha əvvəllərdə müəlliflər əjdaha
motivli xalçaları Ermənistana aid
ediblər. Bu fikri sonrakı müəlliflərdən
çox az bir qismi dəstəkləməyə hazır
olub. Bir müddət ümumi fikir belə
olub ki, bu xalçalar şimal-qərbi Qaf-
qazda bir şəhərdə - Qubada istehsal
edilib**. Amma bu ideyaya da Ellis və
başqaları tərəfindən etiraz edilib. On-
lar qeyd ediblər ki, Quba XVIII əsrin
ortalarınadək əsas şəhər olmayıb və
daha çox cənub mənşəli bir yer - indi-
ki İran sərhədinə daha yaxın və vaxtilə
Qarabağ regionuna məxsus olan ərazi
təklif edilib və onun Qubadan daha çox
münasib olduğu qəbul edilib. Əjdaha
motivli xalçaların kim tərəfindən to-
xunmasına gəldikdə isə, biz Moris
Dimand (Mauris Dimand)
7
tərəfindən
irəli sürülən erməni xalqının (coğrafi
qarşıdurma olsa da) daha güclü mənbə
ehtimal edilməsi nəzəriyyəsinə qayıdı-
rıq.
Ən sonuncusu Serare Yetkin
8
olmaq-
la, bəzi müəlliflər belə bir fikir irəli
sürüblər ki, qədim Qafqaz xalçalarının
ikinci əsas qrupu – bitki motivli xalça-
lar əjdaha motivli xalçalardan inkişaf
ediblər. Zoomorfik motivlər inkişaf
prosesində tam bitki mənşəli naxışlara
çevrilmiş və ortasında “keçid” xarakte-
ri daşıyan və formaca XIX-XX əsrlərdə
istehsal edilmiş və Lənkərana aid
edilən xalçaların medalyonlarına yaxın
olan əjdaha formalarının izlərini saxla-
mışdır (cf. nos. 186-191). Əgər bu fikri
izləmiş olsaq, köhnə bir keçid əsərinə
- Erməni təqvimi ilə 1149-cu ilə (bizim
era 1699/1700) aid edilən Gövhər (Go-
har) xalçasına və daha çox bitki motivli
bir xalçaya - Yetkinin keçid xarakterli
nümunəsi, İstanbuldakı Türk və İslam
Muzeyindəki hicri tarixi ilə 1156-cı ilə
(eramızın 1743-cü ili)
9
aid edilən xalça-
ya nəzər salmaq maraqlı olar.
Bu hər iki çox qədim xalçanın oriji-
nallığına çox az şübhə var ("Gohar"-ın
üstündəki tarixin saxta olduğu fikri
Kurt Erdman tərəfindən irəli sürülsə
də, həmin əsər 1977-ci ildə Londonda
bazara çıxarılarkən bu heç də prob-
lem olmadı)
10
. Vaşinqtondakı Tekstil
Muzeyindəki Hüseyn Bəy tərəfindən
imzalanmış nümunəni çıxmaq şərtilə,
çox qədim əjdaha motivli heç bir xal-
ça mövcud deyil. Bu xalçanın tarixi
müxtəlif cür oxuna bilər, lakin hicri
tarixi ilə 1101-ci il (eramızın 1689-cu
ili) daha münasib görünür. Amma
təəssüflə deməliyik ki, ola bilsin ki, bu
sonuncu əsər üstündə hicri tarixi ilə
1001-ci il (bizim era 1592), ya da 1101-ci
il (bizim era 1689) tarixi göstərilən bir
xalçanın XIX əsrdə toxunmuş surətidir.
Əjdaha motivli xalçaların sistematik
inkişafı nöqteyi-nəzərindən, XVII əsrin
sonu deyil, XVI əsrin sonu tarix baxı-
mından daha uyğun sayıla bilər. Bu isə
keçid dövrünün xalçası olan Gövhər ilə
eyni dövrə təsadüf etmiş olar.
Daha bir problem mövcuddur. Su-
7
Cf. M.S. Dimand and Jean Mailey, Oriental Carpets in the Metropolitan Museum of Art, New York,
1973, pp. 266-267.
8
Cf. Serare Yetkin, Early Caucasian Capets inTurkey, 2vols, London, 1978.
9
The Turk ve Islam carpet is reprodused in Yetkin, op. cit., plate24.
10
Lefevr və Tərəfdaşları, London, 20 May 1977, lot 5. Jin Lefevrdə təkrarlanıb,. Caucasian Carpets, Lon-
don, 1977, p. 31. “Tarix ən yuxarıdakı xəttin sonunda nöqtələrlə ayrılan dörd hərfdən ibarət xronoqram
kimi görünür.” Norayr de Bizank tərəfindən F. R . Martin üçün tərcümə edilən tam yazıda deyilir: “Mən,
günahkar Gövhər (Gouhar) bunu öz əllərimlə toxumuşam, qoy bunu oxuyan hər kəs mənim mərhəmət əldə
etməyim üçün dua etsin.” De Bizank Erməni tarixini 1129 (eramızın 1679/80) kimi oxumuşdur. Bununla
belə, alimlərin çoxu bu fikirdədir ki, sonrakı 1149 fikri daha düzgündür.
* Səfəvi imperi-
yasının Azərbaycan
dövləti olduğu elmi
baxımdan sübut
edilmişdir. Burada
da tarixi həqiqət
saxtalaşdırılmışdır.
Lakin eyni zaman-
da məntiqi yanaş-
madan aydın olur
ki, vahid dövlətin-
Azərbaycan
Səfəvi dövlətinin
tərkibində olan
Azərbaycanın şi-
malı (Qafqaz) və
cənubu arasında
əlaqə əjdaha mo-
tivli xalçaların
Azərbaycana
məxsus olduğunu
göstərir.
** Mətn boyu belə
bir yanlış yanaşma
müşahidə edilir:
müəllif Ermənistan
və erməni anla-
yışları işlətdiyi
halda, Azərbaycan
və azərbaycanlılar
anlayışı işlətmir.
Azərbaycanın
müxtəlif şəhər və
kəndlərinin adları
çəkilir (Quba, Qa-
rabağ, Şirvan və
s.), lakin onların
hansı ölkədə olması
bildirilmir. Bura-
dan belə bir nəticə
hasil olur ki, guya
Şərqi Anadolu və
Qafqaz Ermənistan
və ya ermənilərə
məxsusdur. Yuxarı-
dakı qeydlər də bu
fikri rədd edir.
1...,127,128,129,130,131,132,133,134,135,136 138,139,140,141,142,143,144,145,146,...147