136
max texnikası ilə xovsuz toxunan çoxlu
sayda xalçalar mövcuddur ki, ya şimal-
qərbi Qafqaza, ya da Quba və Dağıs-
tana aid edilir (amma yenə də güman
ki, Qarabağa aid edilə bilər). Vher
kolleksiyasından 1806-cı il
11
tarixli bir
nümunə və digər Nagel tərəfindən
Ştutqartda satılan 1837-ci il tarixli əsər
də daxil olmaqla, ən zərif nümunələrin
üstündə XIX əsrin əvvəllərinin tarixi
var. Əminliklə demək olar ki, çox pis
vəziyyətdə olsa da, bu xalçalar bitki
motivli adlandırılan xalçalara nisbətən
əjdaha motivli xalçalarla daha çox bir-
başa əlaqə nümayiş etdirirlər. Həm
əjdaha, həm də bitki motivli xalçaların
öz motivlərini ümumi bir mənbədən
– Səfəvi saray xalçalarından (hansı-
lar ki, öz növbəsində, Çin və Monqol
motivlərindən çox istifadə ediblər)
götürdükləri açıq-aydın göründüyü
üçün yəqin ki, biri o birinin sələfi ol-
duğunun tarixi inkişafını araşdırmağa
cəhd etməkdənsə, Qafqaz məhsullarını
iki ayrı və bərabər müstəqil növlər kimi
təsvir etmək daha faydalı olardı.
Nəhayət, heyvanlarla təsvir edilən
həmin əjdaha motivli xalçaların ən
qədim nümunələr olması və abstrakt
formalardan ibarət digərlərinin daha
sonrakı degenerativ versiyalar olma-
sı fikri köhnə alman nəzəriyyəsi kimi
asanlıqla mübahisə doğurur; məsələn,
bir qrup heyvan təsvirli xalçalar möv-
cuddur; onlar, ola bilsin ki, XVIII əsrin
ikinci yarısına aiddir və cənub-qərbi
Qafqaza aid edilə bilərlər. Onların
üstündə stilizə edilmiş, amma ağaclar
və bitkilər arasında aydın anlaşılan
heyvan döyüşləri və ov səhnələri təsvir
edilib. Bunlar da, aydın məsələdir ki,
Səfəvi modellərinin
12
sonrakı provinsi-
al təsvirləridir.
Bu əsərlərin mövcudluğu onu nü-
mayiş etdirir ki, əjdaha motivli xal-
çalar aradan çıxdıqdan və ya ən azın-
dan abstraktla yanaşı hədsiz stilləşmə
dövrünə qədəm qoyandan sonra, Qaf-
qaz toxucuları realistik heyvanlarla
(və İran orijinallarına əsaslanan) gözəl
təşkil edilmiş kompozisiyalar istehsal
etməyə müvəffəq olublar. Bununla
belə, toxucularda müxtəlif bacarıqların
olması sualı sanki heç zaman nəzərə
alınmayıb. Ola bilsin ki, toxucuların
bəziləri idxal edilmiş motivləri heç cür
anlamayıblar.
İlkin əjdahalı xalçaların tam qrup
kimi keyfiyyəti – yun, rəng, ilmə sıxlığı
və sair əsərdən-əsərə çox az fərqlənir.
Qraf xalçası kimi bəziləri daha izdi-
hamlı yerliyə malikdir və bəzilərində
heyvanat aləminin daha çox növlərinə
rast gəlinir.
Ən yaxşı xalçaların çoxu qırmızı
yerliyə, böyük sayda nümunələr tünd-
qəhvəyi yerliyə malikdirlər, tünd-göy
və ya açıq göy rənglər də rast gəlinir;
Vher (Wher) kolleksiyasında ağ yerlik-
li nadir bir nümunə var. Bu nümunə
çox gözəldir, amma əjdahalı motivin
sonrakı təsviri kimi görünə bilər.
Struktur nöqteyi-nəzərindən, nümu­
nələrin çoxu Z2S yun əriş və arğacına
malikdir; ərişlər adətən təbii, arğaclar
isə qırmızının bir və ya daha çox çaları
ilə rənglənmiş olurlar. İlmə sıxlığı bir
kvadrat desimetrdə təxminən 1250-
1400 olur (bir kvadrat düymdə 80-90
arası). Nümunələrin az hissəsi pambıq
arğaclı olur, Nyu Yorkun Metropoliten
muzeyində saxlanan McMullan kollek-
siyasından bir nümunənin əsasını isə
tam ipək təşkil edir. Bütün nümunələr
türk ilməsi ilə toxunub.
Əjdaha motivli xalçalarla Səfəvi İra-
nının heyvan və bitki motivli xalçaları
arasındakı kompozisiya əlaqəsi də bit-
ki motivli Qafqaz xalçalarının bir neçə
qrupunda güclü hiss olunur; onların ən
11
Vher sumax xalçası İan Bennettd təsvir edilib, Rugs and Carpets of the World, Feltham, 1978, p. 254.
12
İki nümunə nəşr edilib: (a) McMullan kolleksiyası, Metropoliten İncəsənət Muzeyi, Jozef V. McMullan-
da təkrarlanıb, IslamicCapets, New York, 1965, no. 46, və (b) Vher kolleksiyası, Yetkində təkrarlanıb,
op. cit., vol. 2, fig. 222. McMullan və Vher xalçaları çox oxşar kompozisiyaya malikdirlər, amma Vherin
motivləri daha gözəl işlənib. Ola bilsin ki, biz Keyr kolleksiyasındakı nadir Qafqaz ipək ovçuluq xalçasını
bu qrupa əlavə etməliyik.
1...,128,129,130,131,132,133,134,135,136,137 139,140,141,142,143,144,145,146,147