141
çaların kompozisiya növlərini tez və
asanlıqla ayıra bilmək faydalıdır və
indi ümumi istifadədə olan çox sayda
fərqli adlar ən azından dərhal əqli ob-
raz yarada bilmək qüvvəsinə malikdir.
Bunu demək kifayət edər ki, məhz bu
səbəbdən onlar bu kitabda saxlanılıb;
həm də bu sahədə mütəxəssis biliyinə
malik olmayanlar da dilerlər və auksi-
onçular tərəfindən işlənən terminolo-
giya ilə özlərini tanış edə bilərlər.
Amma bu, həmin yerlərin mənbə
kimi götürülməsi üçün mütləq razı-
laşma kimi qəbul edilməməlidir. Sovet
Rusiyası tədqiqatçılarından yeni, inan-
dırıcı və əlçatan tədqiqat işi olmayaca-
ğı halda, yaxın gələcəkdə daha yaxşı
klassifikasiyanın ortaya çıxacağı qeyri,
mümkün görünür.
Tarixlər
Üzərində tarix yazılmış əsərləri əsas
götürərək mühakimə yürütdükdə, Qaf-
qaz kənd xalçalarının bizə gəlib çatan
ən erkən nümunələrinin XVIII əsrin
son iki on illiyinə aid olduğu görü-
nür. Anlamaq vacibdır ki, Şərq xalça-
ları üzərindəki tarixlərlə çox ehtiyatla
davranmaq lazımdır və üzərində tarix
qeyd edilmiş elə xalçalar var ki, onları
ciddi qəbul etmək mümkün deyil. Bir
çox nümunələrdə “3” oxuna biləcək
ikinci rəqəm iki və ya üç ilmənin çıxa-
rılması ilə “2”-yə dəyişdirilə bilər, bu-
nunla da əsl tarixdən bir əsri çıxarmış
olardı. Və çox sayda xalçalar (Vaşinq-
tonda Hüseyn Bəy xalçası kimi) var
ki, üstündəki yazılar və tarixlər qədim
orijinal əsərlərdən köçürülüb. Nəhayət,
üstündə köhnə tarixlərin toxunduğu
xalçalar var ki, çox güman sadəlövh
alıcıları aldatmaq niyyəti güdür; belə
əsərlərin məşhur şəkilli kitablarda
mütəmadi olaraq görünməsi qərbdə
çox sayda dilerlərin və kolleksionerlərin
hələ də necə sadəlövh qaldıqlarına
kifayət edə biləcək bir sübutdur.
Əldə olan dəlillərə əsasən belə
demək olar ki, Qafqaz kənd xalçala-
rının ən qədim qrupları Qazax qru-
punun müəyyən variantlarıdır; onlar-
dan bəziləri “çərpələng” dizaynına
malikdirlər və üstündə XVIII əsrin son
on illiyinin tarixi var. Bəzi qərbləşmiş
gül tərtibatı ilə işlənən Qarabağ xal-
çalarının da üstündə XVIII əsrin sonu
tarixi göstərilib. Bəziləri isə XIX əsrin
əvvəllərinə aid edilən “Dağıstan” və
Şirvan xalçalarıdır.
Əjdaha motivli sumaxlar da var ki,
XIX əsrin ilk 3 onilliyinə aid edilir.
Biz həm də Kurt Erdmanın “Şərq xal-
çalarının Yeddi Yüz İli”
21
əsərindəki
qeydləri nəzərə çatdırmalıyıq: “Bi-
rinci dünya müharibəsi ilə xalçaların
üstünə tarix qeyd olunması sona çat-
dı. Yeganə istisna kimi mən yalnız bir
Dağıstan nümunəsində (Bremen-də
Roseliushaus-da) 1932 tarixinə rast
gəlmişəm.” Əlbəttə ki, Şərq xalçaları-
nın ümumi kontekstindən baxanda bu
bəyanat qeyri-dəqiqdir; üstündə 1920
və 1930-cu illərin tarixi olan çoxlu say-
da Balıq və başqa İran xalçaları, bir
neçə Türk xalçası və neçə-neçə Qafqaz
əsərləri mövcuddur
22
. Bir çox tarixləri
üzdə göründüyü kimi qəbul etməyə
xas olan təhlükələr ucbatından, Qafqaz
kənd xalçalarının 1780-ci ildən 1930-cu
ilədək 150 illik inkişafı barədə tamamilə
ədalətli bəyanatlar vermək çətindir.
Buradanbeləgörünürki,birçoxhallar-
da XIX əsrdə dəyişiklik nisbətən yavaş
gedirdi, amma ondan sonra tamamilə
pisləşdi. Yenilənmiş iki Qafqaz xalça-
sına baxmaqla rəngə, kompozisiyaya,
rəsm qabiliyyətinə və ümumi qurulu-
şa (tekstura) əsasən birinin o birindən
nəzərəçarpaçaq dərəcədə qədim oldu-
ğunu söyləmək mümkündür. Amma
mütəmadi olaraq elə bir xalçaya rast
20
Albert Achdjian, Le Tapis! The Rug (iki dilli nəşr) Paris, 1949,p.54.
21
Kurt Erdmann. Seven Hundred Years of Oriental Carpets, London, 1970, p.174
22
Bu yaxınlarda rast gəlinmiş Qafqaz nümunələri arasında zəif rəngli və kompozisiyalı Çaylı da var idi:
üstündə hicri tarixi 1347 (eramızın 1922-ci ili). O, hərracda Rippon Bosvell tərəfindən satılıb. London. 3
mart 1979, lot 86.
* Göründü-
yü kimi, erməni
müəllifi Azərbaycan
yer adlarını
erməniləşdirməyə
çalışmış, İ.Bennet
isə heç bir
dəqiqləşdirmə
aparmadan bu
mülahizəni təsdiq
etməyə çalışmışdır.
Halbuki, təqdim
olunan yer adları-
nın və orada yaşa-
yan insanların et-
nik mənsubiyyətcə
azərbaycanlılar
olduğunu müəyyən
etməklə həqiqəti
tapmaq, bu xal-
çaların əslində
Azərbaycana aid
olduğunu söyləmək
lazımdır.
1...,133,134,135,136,137,138,139,140,141,142 144,145,146,147