47
quberniyalarından köçürülmüş molokanlar Altıağac kəndində
(1834), Azərbaycanın digər bölgələrində isə Tula vilayətindən 30
skopts ailəsi, 50 nəfər raskolçu (1839), Poltava quberniyasından
20 ukraynalı ailə (1853-cü il) yerləşmişdi. 1904-cü ilə qədər Şama-
xı qəzasının təxminən 10 kəndində molokanlar və subbotniklər
yaşayırdılar. Şamaxıda və qəza kəndlərində 14 min xristian
təriqətçisi (12600 nəfəri molokan olmaqla) vardı.
Tarixi faktlara görə, 1918-ci ilin aprel və may aylarında
ermənilərin Mərəzəyə iki hücumu 400 evin yandırılması, 300
nəfərin vəhşicəsinə qətlə yetirilməsi ilə nəticələnmişdir. O vaxt-
dan kəndin adı dəyişilmiş, “Nərimankənd”, daha sonra isə
“Stalinkənd” adlandırılmışdır (6).
Artıq “Rus Mərəzəsi” və “Tatar Mərəzəsi” adlanan Mərəzə
kəndinin əhalisi haqqında Bakı quberniyasının Şamaxı qəzası
Qəbiristan dairəsinin pristavı F.A.Deminski də öz kitabının “Rus
Mərəzəsi” kəndi bölümündə bəzi açıqlamalar verir: "Təriqətçi
molokanlardır. Kənd yerləşdiyi yerə görə adlanır. Küçələrdə
köhnə qəbiristanlığın yerləri gözə çarpır. Buradan zamanında
çoxlu işğalçı orduları, səfirlər, səyyahlar İrandan, Gürcüstan-
dan və Şirvandan gəlib, şimala gedib, geri qayıdıblar. Arxeoloji
cəhətdən çox maraqlı yerdir... Şamaxıya çatmamış əhalisi xristian
dininə tapınan kənddə məbəd yerləşir (qədim alban-Azərbaycan
məbədi - V.Muradov). Məbəd sütunlar üzərində dayanıb, daş-
dan yonularaq əhatəyə alınıb...... Bu haqda Kazan sarayının
ağsaqqalı belə söyləyir: "Şamaxıya çatmamış xristianlara aid
olan kənddə yerləşən məbəddə, şimal qapılarının əksində daş-
la yonulmuş tikilidə din uğrunda əzablar çəkmiş qüdrətli Sem-
yon dəfn edilib". Rus Mərəzəsi kəndindəki qəbirüstü tikililər
haqqında tərəfimdən 1892-ci ilin yanvar ayında Rus İmperato-
runa məlumat verildi. Belə qənaətə gəldim ki, bu qəbirlər çox
uzaq vaxtlara təsadüf edir. Yəni, Məhəmməd Peyğəmbərdən
3
4
5
3. Səf Şirvan. XX əsrin əvvəlləri. 177x128 sm. Mənbə:
Ian Bennett. Oriental Rugs Volume 1 Caucasian.
(Əslində: Mərəzə. Kolanı kəndi. Şirvan qrupu -
prof. V.Muradov)
4. Marasali. XIX əsrin ortaları. 125x105 sm. Mənbə:
Maria Cohen-Shirwan.
(Əslində: "Namazlıq".
Poladlı kəndi. Şirvan qrupu - prof. V.Muradov)
5. Marasali. XIX əsrin ikinci yarısı. 150x120 sm.
Mənbə: Maria Cohen-Shirwan.
(Əslində:
"Namazlıq". Qurbançı kəndi. Şirvan qrupu - prof.
V.Muradov)
1...,39,40,41,42,43,44,45,46,47,48 50,51,52,53,54,55,56,57,58,59,...148