48
də əvvəllərə aiddir. Qəbiristanlığın arxasında yeraltı qazmalar var. Bu barədə
1890-cı ildə yuxarıda göstərilən cəmiyyətə məlumat vermişəm. Bunlarla yanaşı,
qədim karvansaray, Rus Mərəzəsi kəndində müsəlman övliyasının qəbri, peşə
məktəbinin yaxınlığındakı qədim su anbarı, kəndin şərqindəki məscid buranın
qədim yaşayış məskəni olduğunu sübut edir. Bütün bunlar haqqında hələ 1636
və 1639-cu illərdə, Pozuxinin səfirliyindən 30 il əvvəl Holitin səfirliyinin katibi
Adam Oleari ətraflı yazıb. Bu vicdanlı səyyah nəzərindən heç nəyi qaçırmaya-
raq öz gündəliyində hər şeyi ətraflı yazmışdır" (7).
Bu ilin avqust ayında Mərəzənin tarixi haqqında məlumat toplamaq
məqsədi ilə hazırda "Qobustan" adlanan, keçmişdə "Rus Mərəzəsi" və "Tatar
Mərəzəsi" adlanan kəndlərdə ekspedisiyada olduq. Yerli əhali ilə görüşdük.
Hal-hazırda Bakı-Qazax magistralı bu iki kəndi bir-birindən ayırır.
1993-cü ildən sonra rus-molokan əsilli əhalinin böyük əksəriyyəti Rusiyaya
köçmüşdür. Onların az bir hissəsi, əsasən də yaşlı nəslin nümayəndələri hələ
də burada yaşayır və ənənəvi şəkildə təsərrüfatla, xüsusilə bostançılıqla məşğul
olurlar. "Tatar Mərəzəsi"ndə yaşayan əhalinin bir hissəsi "Rus Mərəzəsi"nə köç-
müş, maldarlıqla məşğul olan elat hissəsi isə Qobustan qəsəbəsinin Duvannı
kəndində - ənənəvi qışlaq yerində yerləşmişdir.
Tədqiqat zamanı bu ərazidə yaşayan nəsillərin davamçısı, 1 saylı orta
məktəbin tarix müəllimi Mirəli Sərimli, riyaziyyat müəllimi Hacıvəli Səfərov və
sənətşünas Asya Şirəliyeva bizə öz məsləhətləri ilə yaxından kömək göstərdilər.
Mərəzə qəsəbəsi 25 aprel 2008-ci ildən "Qobustan" qəsəbəsi adlandırıldıqdan
sonra Nərimankənd kəndi həmin qəsəbə ilə birləşdirilmiş, Azərbaycan Respub-
likasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrindən
çıxarılmışdır.
Zənnimizcə, bu tarixi-etnoqrafik təhlillə ictimai-siyasi burulğanlarda, bir
kəndin taleyi fonunda, əslində Mərəzəyə aid xalça məmulatlarının nə üçün
"Marasali" adlandırılması məsələsinə bir qədər aydınlıq gətirə bildik. Bir daha
əmin olduq ki, eyni ərazidə yaşayan, obyektiv və subyektiv səbəblərə görə bir
məntəqədən digərinə köç edən insanlar, hara üz tutmalarından asılı olmaya-
raq, genetik kodun daşıyıcıları olaraq qalırlar.
1
2
3
1. Marasali. 94x162 sm. XIX əsr.
Mənbə: Ulrich Schurmann. Cau-
casian rugs.
(Əslində: Xalça.
Kolanı kəndi. Şirvan qrupu -
prof. V.Muradov)
2. Marasali. 205x100 sm. XIX
əsrin II yarısı. Mənbə: Maria
Cohen-Shirwan.
(Əslində:
"İkibaşlı namazlıq". Şorbaçı
kəndi. Şirvan qrupu - prof.
V.Muradov)
3. Şirvan xalçası. 198x132 sm.
1800-cü il. Mənbə: Orler. Tap-
peti da collezione.
(Əslində:
Mərəzə. Şorbaçı kəndi. Şirvan
qrupu - prof. V.Muradov)
4. Marasali. 91x121 sm. 1800-
cü il. Mənbə: Ulrich Sch-
urmann. Caucasian rugs.
(Əslində: "Namazlıq". Qubalı
kəndi. Şirvan qrupu - prof.
V.Muradov)
5. Şirvan xalçası. 185x125 sm.
1800-cü il. Mənbə: Orler. Tap-
peti da collezione.
(Əslində:
Mərəzə. Şorbaçı kəndi. Şirvan
qrupu - prof. V.Muradov)
1...,40,41,42,43,44,45,46,47,48,49 51,52,53,54,55,56,57,58,59,60,...148