46
Şəhərin adındakı fonoloji fərq məsələsinə gəldikdə isə bu, yu-
nan dilində cingiltili “ş” samitinin olmaması ilə izah edilir (3, s.
39). Məşhur Azərbaycan etnoqrafı Qiyasəddin Qeybullayev isə
“Kamaxiya” adını qədim “şamake” adlı türk mənşəli tayfalarla
əlaqələndirmişdir (4 s. 200-201).
Haqqında bəhs olunan Mərəzə kəndi isə Şamaxı şəhərinin
27 km cənub-şərqində yerləşir. XVII əsrdə yaşamış türk səyyahı
Övliya Çələbi Mərəzə haqqında yazırdı: “Pir Mərizat Sul-
tan mənzilində bu həqir pirin asitanəsinə mehman olduq. Pir
“Mərizat” adını daşısa da, əhali arasında “Pir Mərzə”, “Pir Mir-
za” da adlanır. Amma səhihi “Pir Mərizat”dır, yəni “Diri Baba”
adı ilə afaqi-İran və Turanda məşhurdur. Lakin “Mərizat” sözü
fars danışıq dilində “bükülmüş” mənasını verir. Həqiqətdə
isə yüksək bir dağın ətəyində böyük, əzəmətli asitanə içrə bir
guşədə səccadənişin olub şərəfli vücudları yun xirqələri ilə
kəmər bağlayıb çöməlib oturur. Müqəddəs simaları qibləyə
baxır. Mübarək başı sövmənin bir qayasına dayanıb durur.
Hələ də vücudu bəyaz pambıqtək çürüməyib tər-təzə qalır...”
(5, s. 103). Beləliklə, “Mərəzə” adı Pir Mərizat (Pir Mərəzə)
ziyarətgahının adından yaranmışdır. Pir – “Mərəzə”, onun
ətrafında məskunlaşanlar isə “mərəzəli”lər adlanmışdır.
Holland səyyah-rəssamı Korneliy de Bruyinin yolu 1703-cü il avqustun
19-da Pirmarə (Pirmərəzə) adlı kənddən düşür: “Ora çatanadək bir neçə
çay keçdik; üçtağlı körpünün altından çox təmiz su axırdı. Bu körpü çox
qədimdir. Pirmarə kəndində İbrahimin qəbri var. Yerli əhali bu qəbirə bö-
yük etiqad bəsləyir”. Kənddə varlılardan biri səyyahı evinə dəvət edir, ona
qonaqpərvərlik gösrərir, qonağı qədim abidələrlə tanış edir. Yerli övliyalar-
dan birinin məqbərəsi holland qonağa xüsusi təsir bağışlayır. “Giriş otağı-
nın tavanı olduqca hündürdür, divarın qalınlığı bir neçə qoldur.... Tikintinin
uzunluğu 40, eni 31 addımdır. Məqbərədən bir az kənarda ... bənzər şeyləri
özüm İsgəndəriyyədə və Neapolda görmüşəm”. Korneliy de Bruyi Mərəzə
kəndi yaxınlığında yerləşən Diri Baba məqbərəsini də
təsvir edir. Onun kitabındakı şəkillə abidənin müasir
fotosunu müqayisə etdikdə dəqiqliyə heyran qalırsan
(3, s. 76).
Mərkəzi Dövlət Tarix Arxivindəki çar Rusiyası-
na dair sənədlərə görə, xanlıqlar dövründə və daha
sonrakı tarixi mərhələlərdə Qəbiristan mahalına da-
xil olan Mərəzəli obasının əhalisi rəncbərlik və mal-
darlıqla məşğul olurdu (4, s. 98). 1824-cü ildə obada 6
nökər, 5 rəncbər, 5 molla və əfəndi ailəsi yaşayırdı. 5
ailə isə Şamaxıya köçmüşdü.
Şirvan xanlığının çar Rusiyasına ilhaq edilməsi ilə
Mərəzə obasının ərazisinə molokanların köçürülməsi
prosesi başlayır. Tarixi faktlara istinad edərək, mo-
lokanların və duxaborların provaslav dininin qayda
və qanunlarına riayət etmədikləri üçün daim təqibə
məruz qaldıqlarını söyləyə bilərik. Rus çarı I Alek-
sandrın 22 iyul 1805-ci ildə verdiyi Molokan və du-
xaborların dini haqqında “Azadlıq” əmrinə əsasən
onlar bağışlanmışdılar. XIX əsrdə Azərbaycanın 27
kəndində xristian təriqətçiləri, 1 kəndində isə raskol-
çular yaşayırdılar. Xristian təriqətçilərinin - molokan-
lar, subbotniklər, raskolçular, skoptslar, baptistlər,
adventistlər, prıqunların və s. əsas yaşayış yerləri Şa-
maxı, Bakı, Gəncə və Lənkəran idi. Samara və Tambov
1
2
1. Marasali. Təxminən XIX əsrin
ortaları. 168x122 sm. Mənbə: Ian
Bennett. Oriental Rugs Volume 1
Caucasian.
(Əslində: "Namazlıq".
Nəvahi kəndi. Şirvan qrupu -
prof. V.Muradov)
2. Səf Şirvan. 134x118 sm. XIX əsr.
Mənbə: Ian Bennett. Oriental Rugs
Volume 1 Caucasian.
(Əslində:
Mərəzə. Poladlı kəndi. Şirvan
qrupu - prof. V.Muradov)
1...,38,39,40,41,42,43,44,45,46,47 49,50,51,52,53,54,55,56,57,58,...148