44
XIX əsrdən etibarən Azərbaycan xalçalarının dünyada, o cümlədən
Avropada və Amerikada “Qafqaz”, “Persiya” və “Rusiya”, “Dağıstan”,
“Erməni”xalçaları kimi tədqiqolunduğuheçkimə sirrdeyil. Bu, ilknövbədə,
həmin dövrdə XV - XIX əsrlərə aid Azərbaycan xalça nümunələrinin xarici
ölkə muzeylərində və şəxsi kolleksiyalarda sayca çox olması ilə izah olu-
nurdu.
Yalnız XX əsrin 50-ci illərindən etibarən Azərbaycan Elmlər Akademi-
yasının apardığı araşdırmalar nəticəsində xalçalarımız toxunduqları bölgə
və ya kəndlərin adı ilə qeydiyyata alınmağa başlayır. Lakin bu sahədə
görülmüş işləri qənaətbəxş hesab etmək düzgün olmazdı. Çünki hələ də
müxtəlif kataloqlarda Azərbaycan xalçaları ümumi ad altında - "Qafqaz"
xalçaları kimi təqdim olunur. Bu sahədə də informasiya qıtlığını aradan
qaldırmaq, təbliğat və tədqiqat işlərini gücləndirmək zəruridir.
Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları
Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Meh-
riban Əliyevanın son illərdə milli mədəniyyətimizin təbliği sahəsindəki
uğurlu fəaliyyətinin nəticəsi olaraq Azərbaycan xalçaları məhz öz adları ilə
tanınmağa başlamışdır. Bir sıra xarici ölkələrdə Azərbaycan xalçalarından
ibarət sərgilərin təşkil olunması, kitab və kataloqların nəşri də bu sahənin
inkişafına öz töhfələrini vermişdir.
Azərbaycanın müstəqilliyinin ilk illərində yaranmış “Azər-İlmə" Xal-
çaçılıq Şirkətinin ardıcıl şəkildə bir neçə dildə (Azərbaycan, ingilis, rus,
alman, fransız, ərəb, ivrit) çap etdirdiyi “Azərbaycan xalçaları. Qarabağ
qrupu”, “Azərbaycan xalçaları. Təbriz qrupu”, “Azərbaycan xalçaları. Nax-
çıvan qrupu”, “Azərbaycan xalçaları. İrəvan qrupu” və s. kimi kitablar xalq
sənətimizin ən gözəl nümunələrinin tədqiqinə həsr olunmuşdur.
“Azərbaycan xalçaları" jurnalı "Azər-İlmə" Xalçaçılıq Şirkətinin nəz­
din­də yaradılmış elmi-yaradıcılıq mərkəzinin bu istiqamətdə apardığı
tədqiqatların davamıdır. Jurnal Azərbaycan xalçasının Qafqazın başqa
xalqlarının deyil, məhz Azərbaycan türklərinin maddi-mədəni irsi olduğu-
nu təsdiq və təbliğ etmək missiyasını öz üzərinə götürmüşdür. Məhz bu el-
1
2
1. Marasali. 190x150 sm. XIX əsrin
sonu, XX əsrin əvvəlləri. Mənbə:
Ian Bennett. Oriental Rugs Volume
1 Caucasian.
(Əslində: "Namazlıq".
Poladlı kəndi. Şirvan qrupu - prof.
V.Muradov)
2. Marasali. 124 x100 sm. (h)1216 (1801-
1802). Mənbə: Ian Bennett. Oriental
Rugs Volume 1 Caucasian.
(Əslində:
"Namazlıq". Pirsaat kəndi. Şirvan
qrupu - prof. V.Muradov)
3. Marasali. 143x114 sm. XIX əsrin
ortaları. Mənbə: Ian Bennett. Oriental
Rugs Volume 1 Caucasian.
(Əslində:
"Namazlıq". Yekəxana kəndi. Şirvan
qrupu - prof. V.Muradov)
4. Marasali. 165x117 sm. (h)1225 (1810-
1811)və ya (h)1220 (1805-1806).
Mənbə: Ian Bennett. Oriental Rugs
Volume 1 Caucasian.
(Əslində:
"Namazlıq". Udulu kəndi. Şirvan
qrupu - prof. V.Muradov)
5. Marasali. 140x99 sm. (h)1211 (1796-
1797). Mənbə: Ian Bennett. Oriental
Rugs Volume 1 Caucasian.
(Əslində:
"Namazlıq". Mərəzə kəndi. Şirvan
qrupu - prof. V.Muradov)
1...,36,37,38,39,40,41,42,43,44,45 47,48,49,50,51,52,53,54,55,56,...148