45
mi-populyar jurnalın məqsədyönlü fəaliyyəti, səhifələrində yer almış müxtəlif
məzmunlu, maraqlı, faktiki materiallara əsaslanan, səmərəli tədqiqatları
nəticəsində araya-ərsəyə gəlmiş məqalələr, ekspedisiya materialları son
dövrlərdə bir çox xarici müəlliflərin öz əsərlərində Azərbaycan xalçalarının öz
adları ilə təqdim etməsi ilə nəticələnmişdir.
Məqaləmizdə əcnəbi müəlliflərin Azərbaycanın Şirvan qrupuna daxil olan
“Mərəzə” xalçalarını hansı səbəblərə görə uzun müddət “Marasali” adlandır-
malarına aydınlıq gətirməyə çalışacağıq.
Əsrlər boyu “Mərəzə” kompozisiyası ilə to-
xunmuş və hal-hazırda qədim ənənələri özündə
yaşadan bu xalçalar Azərbaycan xalçaçılığına həsr
olunmuş tədqiqatlarda (əsasən xarici mənbələrdə),
bir qayda olaraq, iki adla - “Marasa” və “Marasali”
adları ilə göstərilir.
Bölgənin ən qədim insan məskənlərindən biri
- Şamaxı orta əsrlərdə yaranmış Azərbaycan Şir-
vanşahlar dövlətinin paytaxtı olmuş, XVI əsrdə
Azərbaycan Səfəvilər dövlətinin tərkibində Şirvan
bəylər­bəy­liyinin mərkəzinə çevrilmişdir.
Coğrafiyaşünas və astronom Klavdi Ptolo-
mey (70-147) “Coğrafiya” dərsliyində Azərbaycan
Albaniyasının 29 yaşayış məntəqəsinin adları və
koordinatlarını tədqim etmişdir. Həmin əsərin
V kitabının XI fəslində IV sırada “Göstərilən çay
(Alazan çayı olduğu ehtimal edilir) və həmçinin
Qafqazdan axan Alban çayı arasında” Mamaxi-
ya (coğrafi koordinatları: 79º45' - 45º40') şəhərinin
adı da çəkilir. Tədqiqatçılar Mamaxiya (bəzən Ka-
maxiya) şəhərini müasir Şamaxı yaxınlığında aş-
kar olunmuş şəhər yeri (Xınıslı abidəsi) ilə eyni­
ləşdirir və onu “Qədim Şamaxı” adlandırırlar.
5
3
4
1...,37,38,39,40,41,42,43,44,45,46 48,49,50,51,52,53,54,55,56,57,...148