84
Ö
lçüsündən asılı olmayaraq, kamilliyi ifadə edən bü-
tün sənət əsərləri uzunömürlü olur. Və bu əsərlər
özü ilə birlikdə sənəti, onları yaradan sənətkarın
adını və ünvanını yaşadır.
Bəzən sirr, müəmma, tapmaca dolu sənət nümunələri ilə
qarşılaşırsan. Bəlkə də bu, daha çox, bir işarə, rəmzdir.
Müsahibim dulusçu-rəssam Tahir Quliyevdir.
Bu dəfə onun sirli-sehrli aləminin dərinliklərinə
baş vuracağıq. O, bizi hər yeri müxtəlif rəsmlərlə,
dulusçuluq nümünələri ilə bəzənmiş evində
qonaq etdi. Evin ən görkəmli yerindəki
bir fotoşəkil diqqətimizdən yayınmadı.
Bu, Azərbaycan kinosunun korifeyi, ustad
sənətkar Möhsün Sənaninin şəkli idi. Lakin
bu haqda bir qədər sonra...
- Təsviri sənətlə nə vaxtdan məşğul olursu-
nuz? Bu istedadı sizdə kim kəşf etdi: özünüz,
valideynləriniz, müəllimləriniz..?
- Məktəb illərində müxtəlif səpkili rəsmlər
çəkməyə böyük həvəsim olduğunu hiss edirdim.
Bunu hətta sinif yoldaşlarım belə görürdülər.
Həmişə məndən albomları üçün şəkil çəkməyi
xahiş edirdilər. Lakin VIII sinifdən Tibb İnsti-
tutuna (indiki Azərbaycan dövlət Tibb Univer-
siteti) hazırlaşmağa başladım. Bu həvəsimin də
ömrü gödək oldu. Çox tezliklə başa düşdüm
ki, bu sahə mənlik deyil - daim qanla işləyə
bilmərəm. Bir gün atam mənə sənədlərimi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
İnstitutuna verməyi təklif etdi. Bu, mənim
həyatımda böyük dönüş mərhələsi oldu.
- Əsərlərinizlə tanışlıq zamanı boyakarlıqla
yanaşı, keramika nümunələrinizin də sayı-
nın yetərincə olduğunu gördüm. Sizi sevgi-
nizi və istedadınızı iki sənət sahəsi arasında
bölüşməyə nə vadar etdi?
- Çətin sualdır. Çünki hər iki sənətlə paralel
şəkildə məşğul oluram. Rəssamlıqla məktəb,
dulusçuluqla isə institut illərindən məşğul ol-
mağa başlamışam. “Hansı sahədən daha çox
əsərləriniz var?” soruşsanız, “ikisindən də eyni
miqdardadır” deyəcəyəm. Tələbəlik illərindən
keramikadan müxtəlif fiqurlar hazırlama-
ğa başladım. Uğurlu alınırdı: həvəslənir,
fəaliyyətimi genişləndirirdim. İnstitutu
bitirən kimi özümə keramika sobası aldım. Di-
varda gördüyünüz keramika nümunələri öz əl
işimdir. İçərişəhərlə bağlı üç panno işləmişəm:
biri “Qoşaqala qapısı”, digəri “Şirvanşahlar sa-
rayı”, üçüncüsü isə “Qız qalası”. Əsasən me-
marlıq abidələrimizi özündə əks etdirən pan-
nolarımı əhatə edən haşiyələr xalçalarımızın
naxışları ilə çərçivələnir. Milli xalça sənətimizin
incəsənətin digər sahələri ilə ayrılmaz olduğunu
sübuta yetirməklə, onların sintezini yaratmağa
çalışmışam.
- Əsərlərinizdə güclü milli ruh diqqəti cəlb
edir...
- Həm rəsmlərimdə, həm də saxsı nümunə­
lərimdə milli naxış elementlərini, adət-ənənə­
1...,76,77,78,79,80,81,82,83,84,85 87,88,89,90,91,92,93,94,95,96,...148