78
Tarixi mənbələrdə “palaz” adına da tez-
tez rast gəlinir. Palaz- əslində parça növüdür,
din xadimləri tərəfindən ibadət zamanı və yas
mərasimlərində geyim kimi istifadə edilmiş-
dir. Çox güman ki, sadə keçirtmə texinikası ilə
toxunan palazların ilkin nümunələrindən olan
cecim və şəddələrdən əlbəsələrin tikilməsi üçün
istifadə edilmişdir. Bu palazlar həm də sadə in-
sanların geyimində tətbiq olunmuşdur. Bu haq-
da xalq qoşmalarında da məlumat verilir:
Kilim də bir, palaz da bir geyənə.
Gözəl də bir, çirkin də bir sevənə.
Rəşidəddin “Cami-ət Təvarix” əsərində Qa-
zan xanın ölümünü təsvir edərək yazır: “...Mər­
humun bədənini yuyandan sonra onu kəfənə
büküb Təbriz şəhərinə doğru apardılar. Kənd
və şəhərlərdən kişi və qadınlar küçələrə tö­kü­
lərək, başlarına saman səpir, qışqırıb-ağlayırdı-
lar. İranın bütün şəhərlərində olan məs­cid­lərin
minarələri palaza bürünmüşdür. Kiçik­dən-
böyüyə qədər hamı kişi və qadınlar əyinlərindəki
paltarlarını cıraraq, palaza bürünüb yeddi gün
yas saxladılar” (2).
Orta əsrlərdə Azərbaycanda və digər Şərq
ölkələrində fəaliyyət göstərən sufi məsləkli
dəvrişlərlin “xirqə” adlanan üst geyimləri pa-
lazdan olurdu. Xirqələrin biçimləri və rəngləri
dəyişik olsa da, hazırlandıqları materiallar eyni
idi. Dini ədəbiyyatda sufilər “pəlas-puş”, yəni
“palaz geyənlər” adlanırlar (3).
"Palaz" sözünə müqəddəs “İncil”də də rast
gəlinir: “....Elə bu səbəbə görə əyninizə palaz
geyinin, qışqırıb-ağlayın, çünki Allahın qəzəbi
bizim üzərimizdən ötüşməyib” (4).
Orta əsr fars şairi Əbu Mənsur Məhəmməd
Dəqi­qi palazın ibadət geyimi olduğunu öz
şeirində bir daha qeyd edir:
4
5
Şəkillərdə: 82 yaşlı xalçaçı, sıvama cecim ustası
Gülbacı Qasımova. Yardımlı rayonu, Ostair kəndi.
1...,70,71,72,73,74,75,76,77,78,79 81,82,83,84,85,86,87,88,89,90,...148