79
İbadət etmək üçün palazdan tikilmiş paltarını geydi,
Axı insanlar səcdə geyimi ilə Allahla danışırlar.
Palazın ikinci növündən isə döşənəcək kimi
istifadə edilmişdir. Azərbaycanda döşənəcək
palazların iki növü olmuşdur. Bunlardan biri,
bir neçə rəngli üfüqi zolaqlarla formalaşan
sadə palazlardır: onlar nisbətən kasıb ailələrin
məişətində geniş tətbiq edilir.
Palazın digər növü isə, yerli toxucuların
dediyinə görə, incə iplərlə toxunmuş və üfü-
qi zolaqların üzəri xırda həndəsi naxışlarla
tikməsayağı tərtib edilən çiyi palazlardır. Onlar
yalnız şahların ayağının altına salınar, qiymətli
tirmə parça kimi qızılla bərabər səviyyədə tutu-
lar, çəki ilə satılarmış. Belə tirmələr “misqallıq
tirmə", palazlar isə “misqallıq palaz” adlanar-
mış.
“Çiyi” palazının əsas istehsal mərkəz­lərini,
onların nümunələrinin Azərbaycanda həddən
artıq çox toxunması faktını təhlil edərək belə
bir nəticəyə gəldik ki, onlar yalnız və yalnız
Azərbaycan üçün səciyyəvidir.
Çiyi palazları xüsusi olaraq gəlin cehizi, nü-
fuzlu şəxslərə hədiyyə, qonaq otağının bədii
tərtibatı üçün nəzərdə tutulur. Digərlərindən
fərqli olaraq, bu palaz ölçücə böyük, çəki baxı-
mından yüngül olur. Onların toxunuşunda qo-
yunun yaz yununun incə əyilmiş əriş, arğac və
rəngarəng üz iplərindən istifadə edilir. Üfüqi
zolaqların rəngləri al-əlvandır. Tünd-qırmızı,
sürməyi (indiqo), yumurta sarısı, şəkəri, yar-
paq yaşılı, çəməni-yaşıl rəngli, enli və ensiz
üfüqi zolaqlarla tərtib olunan çiyi nadir palaz
nümunələri sırasına daxildir. Bu zolaqlar onu
digər palazların kompozisiyasına oxşatsa belə,
bu palazı digər zolaqlı palazlardan fərqləndirən
cəhət iki, bəzən də üç zolaqdan birinin üzərinin
xırda, incə həndəsi naxışlarla bəzənməsidir. Üç-
bucaq, üz-üzə dayanan üçbucaq, romb, “S”vari
element, kiçik kvadratlar və dolanbac kimi
elementlər tor formasında zolaqların üzərini sıx
bəzəyərək, bir növ onu tikməyə oxşadır, ona qa-
barıq görkəm verir. Bu naxışların toxunma tex-
nikasını “sancma” adlandırmışıq. Belə ki, həmin
naxış ipləri, bir qayda olaraq, ərişlərə üç və ya
dörd dəfə sancılır; həmin iplər toxunuşa əlavə
edildiyindən sökülmür, dağıldıqdan sonra belə,
altında olan zolaqlar heç bir zərər çəkmir və
saya – birrəngli zolaqlara çevrilir. Çiyi palazla-
rının aşağı və yuxarı hissəsindəki uzun saçaqla-
rın tor formasında xüsusi zövqlə hörülməsi bu
palaza təntənəli görünüş bəxş edir. Çiyi palaz-
ların XVIII əsr-XX əsrin ortalarına aid ən gözəl
nümunələri Lətif Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi-
nin kolleksiyasında saxlanılır.
Yaxın zamana qədər Avropa ölkələrində çı-
xan müxtəlif kitab və jurnallarda Azərbaycanın
çiyi palazının “Hindistan tikməsi” adı ilə
təqdim edilməsi təəssüf doğurur.
6
1...,71,72,73,74,75,76,77,78,79,80 82,83,84,85,86,87,88,89,90,91,...148