80
Sıvama cecim
. Azərbaycan cecimləri əsrlər
boyu sadə yer dəzgahlarında toxunmuş və
parça xarakteri daşımışdır. Qadınlar yay ay-
larında həyətyanı sahədə qurduqları sadə
dəzgahlarda yerdə çömələrək cecim toxumuş-
lar. Çömələn zaman uzunluğu 15 metrdən çox
olan, eni isə 25-30 sm olan ərişlər qadının iki
ayağının arasında yerləşməli imiş. Cecimlər
əksər hallarda yun və ipək keji ipəyindən to-
xunmuşdur. Palazda olduğu kimi, onun da na-
xışlarını enli və ensiz, ağ, qara, qırmızı rəngli
ərişlər təşkil edir. Arğaclar isə birrənglidir və
tarım çəkildiyi üçün zolaq naxışlarını, demək
olar ki, pozmur. Əsrlər boyu cecim toxunuşlu
parçalardan kişi və qadın geyimləri, çarpayı ör-
tüyü, yük örtüyü, məfrəşin ağzının örtüyü, çan-
ta, xurcun, qapı pərdəsi, gəlin gərdəyi və s. kimi
istifadə edilmişdir. Qarabağda və Naxçıvan-
da ensiz cecim bir-birinə tikilərək yerə salınan
döşənəcək və divar xalçası kimi də istifadə edil-
mişdir. Azərbaycanın şimal-qərb, o cümlədən
Zaqatala, Şəki, Qax və s. bölgələrində yaxın
keçmişə qədər məscidlər altına keçə tikilmiş
cecimlərlə döşənirdi. Lakin Azərbaycanın cənub
bölgəsində, əsasən türk tərəkəmələrinin yaşadı-
ğı Yardımlı rayonu və onun ətraf kəndlərində elə
bir cecim nümunəsi toxunmuşdur ki, onun haq-
qında 1988-ci illərdə çöl materialları toplayana
qədər nəinki biz, ümumiyyətlə Azərbaycanda
heç kim məlumatlı deyildi.
Tərəkəmələrin alaçıq və qışlaq evlərində bu
cecimin, ən azı, beş nümunəsi vardır. Bu ceci-
min toxunduğu dəzgah Azərbaycanın digər zo-
nalarında toxunan sadə dəzgahlardan heç nə ilə
fərqlənmir.
Bu cecimlər kiçik sadə dəzgahlarda eni 15-20
sm, uzunluğu isə yalnız 2-3 m ölçülərdə toxu-
nur, sonra isə bir-birinə birləşdirilir; yarandığı
vaxtdan bu günədək yalnız döşənəcək və örtük
rolunu oynamışdır. Toxucular arasında “sıvama
cecim" adlanan bu cecimi qırmızı, sarı, çəhrayı,
yaşıl, mavi rəngli üz iplərinin, əriş iplərinə
keçirilməsi nəticəsində şaquli istiqamətdə bir-
birinə birləşmiş romblardan əmələ gələn kom-
pozisiya bəzəyir. Qadın və kişi simvolunu əks
etdirən açılıb-yumulan, bir-birini izləyən 7, 8,
bəzən də 5 romb elementi təkrar edilərək ceci-
min üzərində dinamiklik, axıcılıq və sonsuzluq
təsəvvürü yaradır.
Qeyd etmək istərdik ki, ümumiyyətlə, şaquli
zolaqlarla formalaşan sadə naxışlı cecim tipli par-
çalara nəinki Azərbaycanın bütün bölgələrində,
hətta dünyanın müxtəlif regionlarındakı toxu-
culuq mərkəzlərində də rast gəlinir. Lakin haq-
qında söhbət gedən “sıvama” cecimlər yalnız
və yalnız Azərbaycanın Yardımlı rayonunda və
onun ətraf kəndlərində toxunur. Yayılma arealı
məhduddur. Hətta Azərbaycan muzeylərində
də onun cəmi bir-iki nümunəsinə rast gəlmək
mümkündür. Çox güman ki, bir zamanlar "sı-
vama" cecimlərin toxunuşunda birrəngli, yun
ərişlərdən və təbii boyaqlarla boyanmış üz
iplərindən istifadə edilmişdir. Lakin onun XX
əsrə aid və bu gün toxunan nümunələrində
isə ağ və ya çəhrayı rəngə boyanmış pambıq
ərişlərdən və süni anilin boyaqları ilə boyanmış
üz iplərindən istifadə edilir. Bu cecimlərin areal
məhdudluğunun əsas səbəbi isə onun Yardımlı
tərəkəmələrinin məişətində daimi istifadəsi və
heç vaxt satışa çıxarılmaması ilə əlaqədardır.
Əlvan koloritə, dinamik elementlərlə bəzənən
7
1...,72,73,74,75,76,77,78,79,80,81 83,84,85,86,87,88,89,90,91,92,...148