76
Ə
srlər boyu Azərbaycanda xovlu və xov-
suz xalq xalçalarının naxış, kompozisiya,
toxunuş texnologiyası bu və ya digər forma-
da yaxın və Orta Şərq ölkələrinin xalçalarında
təkrar edilmişdir. Məsələn, Azərbaycanın xovlu
və xovsuz xalçalarının ara sahəsində (kilimlərdə)
tətbiq edilən, kainatı, müqəddəs həyat ağacını və
qadın başlanğıcı simvolizə edən, bir-birinə şaqu-
li istiqamətdə birləşmiş, böyük ölçülü rombvari
göllər (medalyonlar) Türkiyə, İran, Əfqanıstan,
Dağıstan, Türkmənistan, Hindistan xalçaların-
da da, çox güman ki, eyni məna ilə təkrar edi-
lir. Ara sahəsi həndəsi elementlərin (düzbucaqlı,
kvadrat, dördbucaqlı, romb, üçbucaq) naxışları
ilə formalaşan xovlu və xovsuz xalça kompozi-
siyalarını da Şərq xalçalarında görmək müm-
kündür. Lakin Azərbaycan xalqının yaratdığı elə
xalça nümunələri vardır ki, onların texnologiya-
sı digər xalqların xalçalarında təkrar edilsə də,
onun üzərindəki naxışlar təkrar edilmir.
Burada biz belə xovsuz xalça nümunələrindən
üçü - yalnız Qarabağ bölgəsində toxunan vərni,
Qarabağda və Abşeronda (Bakının Güzdək
kəndi) toxunan çiyi palaz və Yardımlı rayonu-
nun kəndlərində (elat tərəkəmə tayfaları ara-
sında) toxunan “sıvama cecim” haqqında bəhs
edəcəyik.
Vərni
– Azərbaycanda toxunan xovsuz xalça-
ların bir növüdür. Əsrlər boyu Qarabağın Bərdə,
Ağcabədi, Ləmbəran, Ağdam, Cəbrayıl, Füzuli
və Kəlbəcər kimi rayonlarında toxunmuşdur;
orta əsrlərdə - “berni”, “parni”, “parniyan” ad-
lanmışdır. Toxucular onu “həmyan” (iki yan)
adlandırırlar. Vərnilər iki hissədən ibarət olur,
sonra bir-birlərinə qalın yun iplərlə tikilərək
birləşdirilirlər. Vərninin toxunma texnologiyası
zili toxunuşunun növlərindən biridir və demək
olar ki, bütün zili və süjetli şəddələrin toxunu-
şunda istifadə edilir. Onun yerliyi palaz və ya
sadə şəddələrin toxunduğu üsulla yerinə yeti-
rilir, naxışlar isə, bir qayda olaraq, xalçaçıların
“dərmə” və ya “dolama” adlandırdıqları üsulla
toxunur. Bu xovsuz xalçaya məhşurluq qazan-
dıran üzərindəki “S”vari və ya “5” rəqəmini
xatırladan elementdir. Dünya xalqlarının
incəsənətində müxtəlif formalı, öz bədii izahına
görə fərqli ilan və əjdaha rəsmlərinə rast gəlmək
mümkündür. Lakin Azərbaycan xalçaçılığında
rast gəlinən onlarca stilizə edilmiş "əjdaha"lar
içərisində özünün sabit, monumental formasına
görə fərqlənən və “5” rəqəmini xatırladan əjdaha
təsvirləri yalnız vərnilərdə təsvir edilmişdir. Bu
elementin mahiyyəti haqqında onu toxuyan xal-
çaçılar arasında müxtəlif fikirlər mövcuddur.
1979-cu ildə elat toxucusu Sura Səlim qızının
(Ləmbəran) dediklərindən: “Əjdaha obrazını
əks etdirən vərni ailəyə xoşbəxtlik gətirir, onu
şər qüvvələrdən qoruyurmuş”. Bu mifoloji dün-
yagörüşü Qarabağ tərəkəmələrinin xeyir və şər
haqqındakı təcrübi biliklərinə əsaslanır. Qara-
bağ tərəkəmələri arasında suyu, o cümlədən ya-
ğış sularını özündə əks etdirən bu təsvirlərdən
biri olan əjdahanın üzərini pulcuqların əvəzinə
başdan-başa “S” vari elementlər örtür. Belə ki,
Qarabağ xalçaçıları bu elementi həm də səs
bildirən əlamət hesab edirlər. Çox zaman oxu-
yan quşların (ördək, qaz, bülbül) üzərində də
bu element əks olunur. Qeyd etmək lazımdır ki,
XI əsrdə yaşamış Mahmud Kaşğarinin “Divani-
lügəti-t-türk” əsərində “Əjdərha”, təxminən,
belə izah olunur: “...əjdərha – nek ilan deməkdir,
12 heyvan ilindən biridir. Əjdaha ilində çoxlu
yağış yağar, bərəkətli zəmilər cücərər və çoxlu
oğlan uşaqları doğular”.
Vərninin hər iki hissəsindən iki, dörd və ya-
xud da altı sıra stilizə edilmiş əjdaha rəsmləri
toxuyan toxucular, onların qeyri-adi ilahi gücə
malik olduğuna inanmış, bu təsvirləri cox zaman
“aslan” da adlandırmışlar. Ona görə də sıralar-
dakı “5” rəqəminə bənzər əjdaha təsvirlərinin
sayından çıxış edərək, onları “üç aslan”, “dörd
aslan” və ya “beş aslan”lı adlandırmışlar.
Bu təsvirlərin mənalarının şərhi haqqındakı
məlumatlar məqalə müəllifinin 1969-1984-cü
1
1...,68,69,70,71,72,73,74,75,76,77 79,80,81,82,83,84,85,86,87,88,...148