86
dan çıxarıb dolaba qoydum. Müəyyən vaxtdan
sonra onu evimizə gələn qonaqlardan birinə
göstərmək istəyəndə, tutacaq hissəsi əlimdə
partladı. Artıq əmin oldum ki, əsərdə qeyri-adi,
mənfi enerji var. Həmin əsəri emalatxanada yan-
dırdım. Anladım ki, hər əsər müəyyən müsbət
və yaxud mənfi enerji daşıyıcısıdır. Maraqlı-
dır ki, belə bir əsəri necə yaratdığımı özüm də
bilmirəm. Sanki kimsə fırçamı qeyri-ixtiyari hal-
da hərəkət etdirirdi.
- Nərd taxtasının üzə­rində xalça təsvirlə­rinin
işlən­məsi də maraqlı ideyadır...
- Bu ideya çoxdan var idi. Sadəcə, onu real-
laşdıra bilmirdim. Beş il bundan öncə “Azər-
İlmə” xalçaçılıq şirkətinin rəhbəri Vidadi Mu-
radovla tanış oldum; o, məni “Sehrli ilmələr”
qalereyasına dəvət etdi. Burada gördüklərim
xalça sənətinə vurğunluğumu daha
da artırdı. Elə o vaxtdan bu işlə müntəzəm
surətdə məşğul oluram. Nərdin üzərində bü-
tün bu incəlikləri yaratmaq üçün şelkoqrafiya
sənətinin sirlərinə dərindən yiyələnməli oldum.
Əvvəlcə ornamentləri Corel Draw proqramın-
da yığaraq çap edirəm. Sonra isə çərçivələrdə
surətini çıxarıram. Bu, “şelkoqrafik tipoqrafiya”
adlanır. Gördüyünüz bu nərdin iç tərəfinin fo-
nunda Quba xalçası təsvir olunub, üz qapağı isə
Şirvan məktəbinə aid xalça ilə bəzədilib. Burada
müxtəlif kompozisiyaları bir-birinə uyğunlaş-
dırıram. İndiyə kimi nərd taxtalarının üzərində
Bakı, Şirvan, Quba, Təbriz, Qarabağ, Qazax xal-
ça məktəblərinə aid nümunələri əks etdirmişəm.
Nərdin kənarlarını isə, əsasən, incəliyinə, eyni
zamanda dəqiqliyinə görə fərqlənən Təbriz xal-
çalarının elementləri ilə bəzəyirəm. Qarabağ
xalçaları da gözəldir. Amma zənnimcə, Quba,
Şirvan xalçalarının dün-
yada misli-bərabəri yox-
dur.
- Rəsm əsərləri­niz­
də xalça ele­ment­
lə­rin­dən
isti­fa­də
etmi­­sinizmi?
- Butanı çox sevirəm. Əsər­
lərimdə bu element­dən tez-
tez istifadə etməyə çalışıram.
- Bəs əsərlərinizin satışı-
nı necə təşkil edirsiniz?
- Bakıda daimi əlaqə sax-
ladığım bir neçə art-salon var.
Onların sifarişi ilə yaratdığım əsərlər tez
bir zamanda satılır. Sifarişlərim, əsasən, portret
janrında olur. Əsərlərimi iki qismə ayırıram:
satış üçün nəzərdə tutulanlar və sənət tarixinə
yadigar qalan, sənətə xidmət edən əsərlər.
Məni narahat edən mövzuların gərginliyini
əsərlərimlə aradan qaldırmağa çalışıram. Bü-
tün enerjimi həmin əsərin yaranmasına səfərbər
edirəm. Və o, mütləq mükəmməl alınır. Sanki
övlad gözləyən qadın kimi o mövzunu uzun
müddət öz içində daşıyır, sonra isə dünyaya
gətirirsən. Bu zaman o əsərin insana bəxş etdiyi
zövq əvəzsiz olur. Başladığım işi sona çatdıran-
da ən xoşbəxt anlarımı yaşayıram.
1...,78,79,80,81,82,83,84,85,86,87 89,90,91,92,93,94,95,96,97,98,...148