77
illərdə Qarabağın xalçaçı elat tərəkəmələri ara-
sında topladıgı faktiki məlumatlara əsaslanır.
Vərnilərin yerliyi, bir qayda olaraq, tünd-
qəhvəyi, onun üzərindəki əjdaha təsvirləri
ağ və ya açıq-abı, bəzən də sarı rəngdə olur.
Əjdahalar əksər hallarda iki və yaxud da üç
ağız hissəyə malik olur, quyruğu üstə şahə
qalxmış, ağzını açmış ilanın yan görünüşünü
xatırladır. Quyruqları isə ucları əyilmiş düz
xətt şəklində təsvir edilir. Əjdahaların kontur-
ları diliklidir, meandrı xatırladır, üzəri isə üfü-
qi, ya da maili istiqamətdə bir-birinin ardınca
sıx sıralanan, kiçik ölçülü, qırmızı, sarı, mavi
və yaşıl rəngli axan su təsvirini əks etdirən ki-
çik “s”vari elementlərlə bəzədilir.
Yalnız Azərbaycanda toxunmuş xovsuz xal-
çaların bu növündə "5" rəqəminə bənzər əjdaha
təsvirləri monumentallığı, aydınlığı, naxışın
ifadəliliyi, güclü dinamikliyi ilə seçilən nadir
sənət əsəri hesab edilə bilər.
Çiyi palaz
–Azərbaycanın yalnız iki toxucu-
luq məntəqəsində toxunmuşdur. Orijinal bədii
tərtibata malik olan “çiyi”nin tarixi qədim
dövrlərdən başlayır. Görkəmli Azərbaycan şa-
iri Nizami Gəncəvi “İsgəndərnamə” əsərində
İsgəndərin Bərdə hakimi Nüşabənin sara-
yına gəlməsini təsvir edərkən Nüşabənin
İsgəndərin yollarına döşətdiyi ipək və “çini”
xalçalar haqqında məlumat verir. XX əsrin 80-ci illərində Azərbaycanın bütün bölgələrində apar-
dığımız araşdırmaların nəticəsində məlum ol-
muşdur ki, Nizaminin “çini” adlandırdığı xalça-
lar əslində xovsuz palazdır və ilk orta əsrlərdən
etibarən Azərbaycanın yalnız iki bölgəsində
- Qarabağda və Abşeronun Güzdək, Qobu
kəndlərində ənənəvi şəkildə toxunur. Bu palaz-
lar digərlərindən tikməyəbənzər zəngin naxış
elementləri, tərtibatı ilə fərqlənir. Qarabağda
(Mişni kəndi, Kəlbəcər), Borçalıda bu palazlar
“çiyi”, Abşeronun Qobu və Güzdək kəndlərində
isə “çigi” palaz adlanır. Lətif Kərimov
"Azərbaycan xalçası" kitabının I cildində (1) N.
Gəncəvinin “İsgəndərnamə” əsərində adı çəkilən
“çini” xalçasını Çin xalçası kimi şərh edir.
IX-X əsrlərə aid mənbələrin verdiyi məlumata
görə, Çindən Azərbaycana yalnız ipək parçalar
və çini qablar gətirilər və Bərdə bazarında sa-
tılardı. Çindən xalçaların gətirilməsi haqqında
heç bir məlumata rast gəlinmir. Artıq XIII-XIV
əsrlərdə yerli ustalar Azərbaycanda çini isteh-
salına başlamışlar. Bunu arxeoloq Levyatovun
İçərişəhərdə, Qız qalasının ətrafında apardığı
qazıntılar da sübut edir. Buradan yerli çini qab-
ların tapılması artıq Çindən gələn çinilərin də
bu dövrdə Azərbaycana ixracının dayandığını
sübut edir.
2
3
1...,69,70,71,72,73,74,75,76,77,78 80,81,82,83,84,85,86,87,88,89,...148