56
Ənənəyə görə bu çeşnidə olan xalçalar
Qala, Nardaran kəndlərində daha çox to­
xunurdı. Xalçanın toxunma texnikası türk­
bafdır.
“Bakı” xalçası haşiyə zolağı və ara sa­
hə­dən ibarətdir. İlk kənar haşiyə zolağı
üzərində mollabaşı elementləri toxunub.
İkin­ci ana haşiyə zolağında həndəsi for­
malı quş təsvirləri təkrarlanır. Bu naxış­
lar abstraktdır. Qəhvəyi və sarı tonlarda
toxunmuşlar. Bu rəng çalarları xalçanın
ha­şiyəsini daha baxımlı edir. Üçüncü ha­
şiyə zolağı isə səkkizguşəli ulduzlardan
iba­­rətdir.
Xalçanın ara sahəsində iki cərgədə şa­
quli istiqamətdə toxunan həndəsi formalı
altıbucaqlı göllər vardır. Göllərin içərisin­
də həndəsi formalı mücərrəd damğalar
to­xu­nub. Bu damğaların bəziləri qırmızı,
digərləri isə ağ yerliklidir. Göllərin ara­
sında üfüqi istiqamətə doğru yastılanmış,
pilləli həndəsi elementlər var, onlar başlı­
ğı, qubbanı xatırladırlar. Digər doldurucu
elementlər ocaq, səkkizguşəli ulduzlar­
dan ibarətdir. Xalçanın mərkəz hissəsində
açıq-qəhvəyi rəngli əbrəş vardır.
“Bakı” xalçası büsbütün mücərrədliklər­
lə zəngindir. Səkkizguşəli ulduz şərti ola­
raq dünyanın yarandığı nöqtənin nişanə­si
hesab edilir. Nəbati elementlər cənnətin
simvolu, quşlar mistik dünya ilə real hə­
yat arasında əlaqə yaradan varlıqlar oldu­
ğu üçün onlar abstrakt təsvir formasın­da
toxunmuşlar. “Bakı” xalçasının ara sa­hə­
sindəki göllərin daxilində toxunmuş dam­
ğalar çox maraqlıdır. Bu elementlər də
müəyyən nəslin, ailənin nişanəsi olmuş və
zamanla ənənəvi olaraq “Bakı” xalçasının
klassik motivinə çevrilmişlər.
1...,48,49,50,51,52,53,54,55,56,57 59,60,61,62,63,64,65,66,67,68,...76