15
Azərbaycan xalçaları / BAKI QRUPU
Bakı xanlığı Quba xanlığından asılılığa düşür.
Fətəli xan (1758-1789) bacısı Xədicə Bikəni
yeni Bakı xanı Məlik Məhəmmədə ərə ve­
rir. «Nikah diplomatiyası» nəticəsini verir,
Məlik Məhəmmədin dövründə (1768-1784)
Bakı xanlığı müstəqilliyini itirir. Bakı xanlığı
yalnız Fətəli xanın ölümündən (1789) son­
ra II Mirzə Məhəmməd zamanında (1784-
1791) müstəqil olur. II Mirzə Məhəmməd
xanla əmisi Məhəmmədqulu xan arasında
hakimiyyət uğrunda mübarizə başlayır.
Bu mübarizədə Məhəmmədqulu xan qalib
gələrək hakimiyyətə başlayır (1792), lakin
elə həmin il ölür. Bundan sonra yenidən ha­
kimiyyət uğrunda mübarizə başlayır. Hü­
seynqulu xan (1792-1806) hakimiyyəti ələ
alır. Bu zaman Rusiya və İran Bakı xanlığını
tut­mağa çalışır. II Yekaterinanın (1763-1796)
1793-cü il 19 aprel fərmanı ilə Bakı xanlığı
Rusiyanın himayəsinə keçir. Ağa Məhəmməd
Qacarın 1795-ci ildə yürüşü vəziyyəti dəyişir.
1796-cı ildə isə Rusiya Azərbaycana qoşun
göndərir. Hüseynqulu xan təkrar Rusiya­
nın himayəsinə keçməyə məcbur olur. Rus
qoşunları I Pavel (1796-1801) tərəfindən
geri ça­ğırıldıqdan sonra Hüseynqulu xan
Ağa Mə­həmməd Qacara meyil edir. Qaca­
rın öldürülməsi ilə vəziyyət yenidən dəyişir.
Bakı xanlığı sərbəstləşir. Bu isə uzun çəkmir.
Hüseynqulu xan 1803-cü ildə üçüncü dəfə
Rusiyanın himayəsini qəbul edir, 1804-cü ildə
ondan imtina edir. Qafqazdakı Rusiya qoşun­
larının komandanı P.D.Sisianov (1802-1806)
Bakı xanlığını tutmaq məqsədi ilə danışıqlar
aparan zaman 1806-cı ilin fevralında öldürülür. Rus qoşunları
qüvvəsini artıraraq Bakı xanlığını işğal edir, 1806-cı il oktyabrın
3-də Bakı xanlığı ləğv olunur, torpaqları Rusiyaya qatılır.
Xanlıq dövründə XVIII əsrin I yarısındakı dağıntılar və iq­
tisadi tənəzzülün nəticələri aradan qaldırılmağa başladı. XVI­
II əsrin 70-ci illərində Bakı xanlığının Quba xanlığından asılı
vəziyyətə düşməsi, siyasi sabitliyin bərpası və digər amillər
iqtisadi canlanmaya səbəb oldu. Neft çıxarılması artdı. Duz
istehsalı və ixracında da irəliləyiş baş verdi. Yalnız Masazır
gölündən ildə 150000 pud duz götürülürdü. Duz dəniz və kar­
vanlarla quru yolu vasitəsi ilə satışa çıxarılırdı. Zəfəran istehsa­
lında da artım var idi.
31
Rusiya imperiyası Bakı xanlığını işğal et­dikdən sonra xanlıq
üsul-idarəsini ləğv edib, onu əyalətə çevirdi. 1840-cı il 10 aprel
inzibati-ərazi islahatı nəticəsində Kaspi vilayətinə daxil olan
Bakı qəzası yaradıldı. Çar I Nikolayın (1825-1855) 1846-cı il 14
de­kabr tarixli fərmanı ilə Şamaxı quberniyası təşkil edildikdə
Bakı qəzası həmin quberniyanın tərkibinə verildi. 1859-cu
il Şamaxı zəlzələsindən sonra quberniya mər­kəzinin Bakıya
köçürülməsi ilə eyni adlı quberniyanın qəzası oldu. (Xəritə
7) Bakı şəhərinin quberniya mərkəzi olması ilə burada şəhər
quruculuğu genişləndirildi
32
. 1872-ci ildə neft sənayesində ilti­
zam sisteminin ləğvi Bakı-Abşeron bölgəsində hasilatın sürətlə
artmasına, müvafiq infrasturukturun yaradılmasına təkan
verdi. Bakı-Tiflis və Bakı-Petrovsk dəmir yollarının çəkilməsi
Bakı quberniyası (XIX əsrin II yarısı - XX əsrin əvvəlləri)
Xəritə 7
Xalça dükanı. Bakı.
Qaynaq: Azərbaycan tarixi atlası, səh. 44
1...,7,8,9,10,11,12,13,14,15,16 18,19,20,21,22,23,24,25,26,27,...76