a) Butalar. Azərbaycan ornamentlərində çox geniş istifadə olunan buta
Qarabağın həm xovsuz, həm də xovlu xalçalarında təsvir edilir.
Azərbaycanın müxtəlif bölgələrində xalça kompozisiyasında kök salmış buta
Qarabağ xalçalarında da müxtəlif formalarda işlənmişdir. Qarabağın «Şabalıt
buta» adlanan kompozisiyası öz bədii tərtibatına görə digər bölgələrin «buta»
təsvirli xalçalarından seçilir.
b) Kətəbələr. Xalça kompozisiyasında kətəbə doldurucu vəzifəsini ifa edir.
Adətən uzunsov kətəbələrin üzərində toxucular müxtəlif yazılar, süjetli kom-
pozisiyalar və yaxud müstəqil quruluşlu ornametlər yerləşdirirlər.
c) Anagüllər. Xalça kompozisiyası üçün xarakterik olan bu elementlərin
xalçaların adlarının müəyyənləşdirilməsində əsas və əhəmiyyətli rolu vardır.
Qarabağın «Qoca» adlı xalçasında «ana güllər» çox təkrar olunur.
ç) Göl və ya kiçik xonçalar. Qarabağ xalçalarında tez-tez rast gəlinən «göl»,
«xonça», «padnos» istilahları medalyon mənasını daşıyır. Azərbaycanın bütün
bölgələrində toxunan xalçalarda təsadüf edilən göllər öz formalarına görə müxtəlif
olduğu kimi Qarabağda toxunan xalçalarda da müxtəlif formalarda təsvir edilirlər.
d) Qubbalar. Qubbalar əsas elementlər qrupuna daxildir və adətən xalça kom-
pozisiyasında böyük göllərin başında (qurtaracağında) yerləşdrilir. Toxucular bu
elementləri «başlıq« və yaxud «heykəlbaşı» adlandırırlar.
Haşiyə bəzəyinin elementləri iki növə bölünür:
1) haşiyənin qarışlarını təşkil edən elementlər;
2) haşiyə qurşağını təşkil edən zolaqlar.
Haşiyə qarışlarını təşkil edən elementlər haşiyələrin kompozisiyasını təşkil
edir və qarışları əmələ gətirir. Bu elementlər qarışyanı, bağlayıcı və ya qarışortası
vəzifəsini daşıyır.
Haşiyə qurşağını təşkil edən elementlərə «su»lar, «siçandişilər», «mədaxil-
lər», «zəncirələr», «bala haşiyələr», «ara haşiyələr», «cağ»lar aiddir.
Qarabağ xalçalarının rəng palitrası çox zəngindir. Bu xalçaların rəngləri şux
və parlaq olur. Bu rənglər Qarabağın təbii coğrafi şəraiti, gözəl mənzərələri,
bağları, meşələri və yaşıl çəmənlikləri ilə əlaqədar olaraq meydana gəlmişdir. Bu
bölgədə qırmızı və çəhrayı rənglər boyaq («marena») bitkisindən və qırmızı rəng
bəzən «qırmız» adlanan qurddan, sarı və sarımtıl rənglər sarıçöp, sarıgüldən,
noxudu və ya şəkəri rənglər - soğan və alma qabığından, palıd rəngi - qoz
Азербайджанские ковры - КАРАБАХСКАЯ ГРУППА
32
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 32
1...,22,23,24,25,26,27,28,29,30,31 33,34,35,36,37,38,39,40,41,42,...274