Ağcabədinin xovlu xalçalarından «Ləmbəran», «Qarabağ», «Xantirmə» və
xovsuz xalçalarından cecim və zililər də çox yayılmışdır. Bu rayonda
«Qaraqoyunlu» xalçası da toxunmuşdur.
2. Şuşa qrupu.
Bu qrupa «Malıbəyli», «Ləmpə», «Bağçada güllər», «Saxsıda
güllər», «Nəlbəkigül», «Bulud» adlı məşhur xalçalar daxildir. Burada «Atlı-itli»,
«Rüstəm və Söhrab», «Dəryanur» adlı xalçalar da toxunurdu. Şuşa qrupuna daxil
olan «Ləmpə» xalçası Qarabağın bütün xalçaçılıq mərkəzlərində toxunmuşdur.
3. Cəbrayıl qrupu.
Bu qrupa «Xanlıq», «Qaraqoyunlu», «Qubadlı», «Kürd»,
«Qasımuşağı», «Bəhmənli», «Muğan», «Talış», xovsuz xalçalardan isə palaz və
kilimlər daxildir.
Qarabağın dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa ilə yanaşı
Daşbulaq, Dovşanlı, Çanaqçı, Tuğ, Tağlar və digər kəndlər əsas rol oynamışlar.
Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran
rayonlarında Cəbrayıl, Ağdam, Bərdə, Füzuli və Yevlax xalça istehsalında əsas
yer tutur. Bu mərkəzlərin hər birində, əhalisi satış üçün intensiv şəkildə xalça to-
xuyan, müəyyən miqdarda kəndlər mövcud olmuşdur. Qarabağın xovlu və xov-
suz xalçalarının ölçüsü başqa xalçalara nisbətən böyükdür. Bu bölgədə 2 kv.
m.-dən 20 kv. m-ə kimi ölçüsü olan xalçalar toxunurdu. Bəzən ölçüsü 25 və 30
kv. metr olan xalçalara da rast gəlmək olur.
Qarabağın xalı - xalçalarının ilmə sıxlığı 30x30-dan 40x40-a qədər olur. Bu
bölgənin xalçalarında bir kvadrat metrdə 90.000-dən 160.000-nə qədər ilmə yer-
ləşir. Bəzən bir kvadrat metrdə 200.000 ilməsi olan xalçalara da təsadüf edilir.
Bu xalçalar qullabı ilmə toxunuşlu olur.
Qarabağ qrupuna daxil olan xalçaların ilmə hündürlüyü, yəni qalınlığı 6 mil-
limetrdən 10 mm.-ə qədər olur. Burada toxunan xalçalar əksər hallarda uzunsov
olur. Bu xalçaların sıxlığı orta və az olmasına baxmayaraq möhkəm, qalın və
xeyli davamlı olur.
Qarabağ xalçalarının kompozisiyası zəngin olur, yəni bu xalçalar mürəkkəb
kompozisiya quruluşuna malikdir.
Azərbaycanın digər bölgələrində olduğu kimi Qarabağ bölgəsində də xalça
sənətinin inkişaf dövrünü təşkil edən xovlu xalçaların kompozisiyası müxtəlif for-
malı elementlərdən qurulmuşdur.
Ümumiyyətlə, xalça kompozisiyası iki hissədən ibarət olur:
29
Azərbaycan xalçaları - QARABAĞQRUPU
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 29
1...,19,20,21,22,23,24,25,26,27,28 30,31,32,33,34,35,36,37,38,39,...274