Qarabağın zili bəzəklərində şərtiləşmiş heyvan təsvirlərindən başqa, ibtidai for-
mada bir sıra həndəsi elementlər də meydana gəlmişdir. Zililərin əsas toxunma
mərkəzi Bərdə olmasına baxmayaraq Ağdamda, Yevlaxda, Füzulidə, Ağcabə-
didə, Laçında, Beyləqanda və Kəlbəcərdə də toxunmuşdur. Adı çəkilən böl-
gələrdə sumax texnikası ilə xalça məmulatları da toxunmuşdur.
Xovsuz xalçaların və xalça məmulatlarının özünə məxsus ornamentləri
olur. Bu elementlər üçün palaz zolaqları, kilimlərə xas olan klassik elementlər,
şəddə və vərni elementləri, zili, ladı, sumax elementləri adı altında birləşərək
bir-birindən fərqlənirlər.
Qədim zamanlardan bu günümüzədək istehsal edilən xovsuz xalçalar
bütün dövrlərdə digər bölgələrdə olduğu kimi Qarabağ bölgəsində yaşayan
əhalinin məişətinin ayrılmaz hissəsi olmuşdur. Qədim xalça ustaları məfrəş,
xurcun, heybə, çuval, çul, yüküzü və sair məişət əşyalarının yüngül və
yumşaq olmasını nəzərə alaraq, onların əksəriyyətini xovsuz xalçaların tox-
uma texnikası ilə istehsal edirdilər. Bu adət indi də davam etməkdədir.
Xalça toxuma sənətinin dördüncü dövrü düyünləmə, yəni əvvəllər dolama
ilmə, sonralar isə qüllabı ilmə texnikası ilə əmələ gələn xovlu xalça toxuma
üsulunun inkişaf etdiyi dövrüdür. Bu dövr istər texniki, istərsə də bədii cəhət-
dən xalça sənətinin yüksək inkişaf dövrü hesab edilir. Hələ eramızdan əvvəl
tətbiq olunan ilmə düyün texnikası, bütün başqa üsullardan fərqli olaraq,
mürəkkəb kompozisiyaların tətbiq edilməsinə imkan yaratmışdır. Bu texnika-
nın inkişafı ilə əlaqədar yeni istehsal alətləri (dəmir qayçı, bıçaq) meydana
gəlmişdir. İstər xovlu və istərsə də xovsuz xalçaların toxunma prosesində di-
gər istehsal alətlərindən (həvə və kirkidən) istifadə etmişlər.
Xalça sənətinin tədqiqatı ilə məşğul olan sənətşünaslar Qarabağ
xalçalarını üç qrupa bölürlər:
1. Aran qrupu.
Bu qrupa Bərdə və Ağcabədi rayonlarının xalçaları dax-
ildir. Bərdə rayonunun keçmişdə məşhur olan «Bərdə», «Xan-Qərvənd»,
«Açma-yumma», «Aran», «Qoca», «Buynuz», «Dəryanur», «Balıq», «Şa-
balıt buta» adlı xovlu xalçaları və şəddə, vərni və zili kimi xovsuz xalçaları
olmuşdur. Bu qrupa daxil olan xalçaları xalça ustaları «Aran» xalçası da ad-
landırırdılar. Naxçıvan xalçası da texniki xususiyyətlərinə görə Qarabağ
xalçalarına uyğun olduğu üçün bu qrupa daxil edilir.
Азербайджанские ковры - КАРАБАХСКАЯ ГРУППА
28
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 28
1...,18,19,20,21,22,23,24,25,26,27 29,30,31,32,33,34,35,36,37,38,...274