1. ara sahə;
2. haşiyə qurşağı.
Ara sahə ilə haşiyə ornamentləri bir-biri ilə üzvü surətdə bağlı olur.
Qarabağ xalçalarının ara sahəsinin bəzəyini bitki elementləri, məişət
əşyalarının təsvirləri, canlıların təsvirləri (insan təsvirləri, heyvan təsvirləri),
müxtəlif formalı elementlər (pilləlilər, kvadrat və düzbucaqlılar, çoxbucaqlılar,
qarmaqlılar, dilikli-itibucaqlılar, sancaqlılar və ya tikanlılar, dəyirmilər,
səkkizguşəli ulduzlar, qeyri-müəyyən formalılar) təşkil edir.
Qarabağ xalçalarında təsvir edilən bitki elementləri öz formalarına görə
iki növə bölünür:
1. həndəsiləşdirilmiş elementlər;
2. əyri xətli elementlər.
Həndəsiləşdirilmiş elementlər, əsasən, xalça kompozisiyasında doldurucu
elementlər kimi və yaxud köməkçi, bağlayıcı rolunu oynayırlar. Bu elementlər
Azərbaycanın digər bölgələrinə nisbətən, Qarabağ qrupuna daxil olan
xalçalarda daha çox işlədilir.
Əyrixətlilər həndəsiləşmiş bitki elementlərinə nisbətən daha da stilləşmiş
formada olur. XV-XVI əsrlərdə Təbriz xalça məktəbinin nümunələrində daha
çox tətbiq edilən bu formalar, nəinki «Qarabağ», hətta Yaxın Şərq və Kiçik
Asiya xalça məktəbinə də qüvvətli təsir göstərmişdir.
Qarabağ xalçalarında müxtəlif heyvan təsvirlərinə – ev heyvanlarına,
vəhşi heyvanlara, o cümlədən quş və həşərat təsvirlərinə rast gəlmək olur.
Qarabağ xalçalarında tez-tez rast gəlinən maral bütün türklərin eyni rəmzi
mənası olan ümumi totem idi. Türkdilli xalqların təsəvvüründə maral yüksəliş
rəmzi və böyük güc nişanəsi idi. Maralın dövri olaraq təzələnən ağacabənzər
buynuzları cavanlaşdırma, daima təzələnmə və zamanın gedişini geniş-
ləndirmə rəmzi kimi yozulur.
Azərbaycanın bir çox bölgələrində toxunan xalçalarda təsvir edilən at
fiqurlarına Qarabağ bölgəsinin xalçalarında da tez-tez təsadüf edilir. At köçəri
oğuz qəbilələrində əsas totemlərdən biri olmuşdur.
Şumerlər (Altay türklərinin Mesopatamiyada məskunlaşmış nəsilləri hesab
olunur) arabanı kəşf etdikdən sonra ilk dəfə olaraq ona at qoşmuşlar. At
toteminə sitayiş günəş ilə əlaqədar idi. Oğuz türklərinin məskunlaşmış olduğu
Азербайджанские ковры - КАРАБАХСКАЯ ГРУППА
30
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 30
1...,20,21,22,23,24,25,26,27,28,29 31,32,33,34,35,36,37,38,39,40,...274