Ərəb müəllifi əl-İstəhri (X ə.) Bərdədən Hindistana ixrac edilən qızılı boyaq
maddəsi (boyaqotu-marena) barədə, əl-Müqəddəsi, Hövqəl isə al-qırmızı boya
alınan və hətta, Avropaya ixrac edilən «qırmız» adlı qurdlar barədə məlumat verir.
XI-XII əsrlər Azərbaycanın çiçəklənməsi, onun iqtisadiyyatının yüksəlişi,
şəhərlərinin genişlənməsi, bir çox sənətlərin inkişafı dövrüdür. Bu dövrlərdə bir
çox bölgələrlə yanaşı Qarabağ bölgəsinin xalçaları da Yaxın Şərq bazarlarında
böyük şöhrət qazanmışdı.
XIII əsrin I yarısında və XIV əsrin ortalarında uyğur (türk) və Çin mədəniyyə-
tinin güclü təsirinə məruz qalan monqollar həmin mədəniyyətlərin elementlərini
Azərbaycana da gətirmişdilər. Nəticə etibarı ilə Azərbaycan incəsənətində, ilk
növbədə xalçaçılıqda yeni süjetlər, kompozisiyalar meydana çıxırdı. Tətbiqi
sənətin ən inkişaf etmiş sahələrindən biri olan xalçaçılıqda tətbiq edilən süjet və
kompozisiyalar Qarabağ xalçalarında da öz əksini tapmışdır.
XV-XVI əsrlərdə də Azərbaycan incəsənətində, xüsusilə xalçaçılıq sahəsində
irəliləyiş var idi. Bu dövrlərdə avropalıların məişətinin əsas bəzəyi olan Azərbay-
can xalçaları bir çox Avropa rəssamlarının tablolarında təsvir edilmişdir. Təsvir
edilən xalçalar sırasında Qarabağ xalçaları xüsusi yer tutur. Qarabağ qrupuna
daxil olan «Muğan» xalçası Hans Memlingin (XV) «Məryəm körpəsi ilə» və «Bir
gəncin portreti» tablosunda görünür.
Səfəvilər dövləti hakimiyyəti dövründə (1501-1736) xalçaçılıq istehsalı mərkə-
zləri sürətlə inkişaf etmişdi. Bu dövrlərdə Qarabağ bölgəsində də nəfis xalçalar
istehsal edilirdi.
XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi, əsasən, Azərbaycanın «mirvari
güşəsi» adlandırılan Şuşada cəmlənmişdir.
Bu xalçalar ilk əvvəl Xocavənd adlandırılırdı. XVIII əsrdən Xocan, XIX əsrdən
isə Şuşada yayıldığı müddətdə onlar «Qoca» adı ilə məşhur olurdular. Əslində
«Qoca» xalçalarının adı Xocavənd kəndinin adı ilə bağlıdır.
Azərbaycanın Şuşa şəhəri hələ qədim zamanlardan özünün bənzərsiz
xalçaları ilə şöhrət qazanmışdır. Xalqın milli ənənələrindən bəhrələnən xalça
sənəti bu bölgədə müəyyən inkişaf mərhələləri keçmişdir.
Şuşa Qarabağ xanlığının paytaxtı olduğu dövrdə şəhərdə və onun kəndlə-
rində klassik çeşnili xalçalar toxunurdu. XIX əsrdə burada ənənəvi naxışlarla ya-
naşı Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər
25
Azərbaycan xalçaları - QARABAĞQRUPU
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 25
1...,15,16,17,18,19,20,21,22,23,24 26,27,28,29,30,31,32,33,34,35,...274