müxtəlif məişət əşyalarının üzərindən götürülmüş naxışlardan yeni xalça kom-
pozisiyaları - «Bağçada güllər», «Saxsıda güllər», «Bulud» və s. çeşnilər toxu-
nurdu.
1840-1850-ci illərin statistik məlumatlarına görə Şuşa şəhərində sənət-
karların sayı iki dəfə çoxalmışdı ki, onların xeyli hissəsini xalçaçılar təşkil
edirdi.
Şuşada xalça sənətinin əhalinin əsas məşğuliyyətlərindən birinə çevril-
məsinə əlverişli coğrafi şərait, toxuculuq üçün yararlı xammal ehtiyatının bollu-
ğu və məişətdə bu xammalın geniş tətbiq edilməsi başlıca səbəb olmuşdur.
İstər daxili, istərsə də xarici bazarda Qarabağ xalçalarına olan tələbat onun
inkişafına hərtərəfli təsir göstərmişdi.
Şuşa İran, Türkiyə, Ərəbistan, Hindistan, Rusiya ilə karvan ticarət yolları-
nın qovşağında yerləşdiyi, həmçinin Qarabağın və bütövlükdə Cənubi Qaf-
qazın sosial-iqtisadi həyatında xüsusi yer tutduğu üçün burada xalçaçılıq
dövrün tələbatına uyğun olaraq daim təkmilləşmiş bədii və texnoloji cəhətdən
yüksək səviyyəyə çatmışdı.
XIX əsrdə Şuşada yüksək toxuculuq məharəti ilə seçilən sənətkarlar ça-
lışırdılar. Burada Xorasan xalçalarından da üstün keyfiyyətdə olan xalçalar
toxunurdu.
Azərbaycanın xalçaçılığının Qarabağ qrupuna daxil olan xalçalar arasında
özünəməxsus bədii və texnoloji xüsusiyyətləri ilə seçilən Şuşa xalçaları XIX
əsrin sonlarında daha böyük uğurlar qazanmışdı.
Azərbaycanın digər bölgələrində olduğu kimi Qarabağda da xalçalar xovlu
və xovsuz texnika ilə toxunmaqla iki qrupa bölünür. Birinci qrupa xovsuz tex-
nika ilə toxunan həsir, çətən, buriya, palaz, cecim, kilim, vərni, şəddə, zili, su-
max və ladı adlı xalçalar daxildir. Xovsuz xalçalar qrupuna daxil olan xalça
və xalça məmulatlarının toxunuşu əlqacların əriş iplərinə «sadə keçirtmə»,
mürəkkəb keçirtmə və «sadə dolama» üsulu ilə əmələ gəlir.
İkinci qrup xovlu xalçalardır. Bu qrupa xalı və xalçalar daxildir. Xovlu xal-
çaların toxunuşu «düyünləmə» üsulu, yəni «dolama ilmə» və yaxud «qullabı
ilmə» ilə əmələ gəlir.
Sənətşünaslar xovlu və xovsuz xalçaların keçdiyi inkişaf yolunu dörd əsas
və ardıcıl dövrə bölürlər.
Азербайджанские ковры - КАРАБАХСКАЯ ГРУППА
26
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 26
1...,16,17,18,19,20,21,22,23,24,25 27,28,29,30,31,32,33,34,35,36,...274